Oğurluq üstə tutulmuşlar
Bakı, 27 dekabr (AZƏRTAC). Dekabrın 15-də Səriyyəxanım Əliyevanın mənzilindən oğurluq etməkdə şübhəli bilinən Ağsu rayon sakini Xaliq Cəfərov Sabunçu Rayon Polis İdarəsinin14-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Dekabrın 23-24-də Yaşar Əliyevə, Asəf İslamova, Elmidar Əliyevə və Xeyrulla Həsənova məxsus mağazalardan oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Anar Əlizadə, Orxan Xəlilov və Anar Zamanov Xətai Rayon Polis İdarəsinin 36-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışlar.
Dekabrın 24-də Ə.Əhmədova məxsus avtomaşından oğurluq etməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Əliyev rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işləri açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]