İQTİSADİYYAT
Oktyabrda 1,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). Bu ilin oktyabr ayında ölkə enerji sistemində 1,5 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 milyard kilovat-saatdan çox, su elektrik stansiyalarının (SES) payına isə 0,2 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsalı düşmüşdür.
“Azərenerji” ASC-dən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstan qonşu dövlətləri ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
2011-ci ilin 10 ayında enerji sistemində təxminən 16 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bu həcmdən 13,6 milyard kilovat-saatdan çox İES-lərin, 2,4 milyard kilovat-saata yaxını isə SES-lərin payına düşmüşdür.