MƏDƏNİYYƏT
Oleq Qoroxovik: Şəki şəhəri gələcəkdə Azərbaycanın ən gözəl turizm mərkəzlərindən birinə çevriləcəkdir
Şəki, 4 iyul (AZƏRTAC). Şəkiyə gəlişimizdən çox məmnunuq. Şəhər əhalisini bu möhtəşəm bayram münasibətilə təbrik etməkdən şərəf duyuruq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki xanları sarayının 250 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirinin iştirakçısı, Belarusun Azərbaycandakı konsulu Oleq Qoroxovik demişdir.
Konsul Şəki şəhəri ilə Belarusun Slutsk şəhərinin qardaşlaşmasından iftixar hissi keçirdiyini bildirmişdir. O demişdir: “Əməkdaşlığımız, xüsusilə də mədəni sahədə əlaqələrimiz gündən-günə genişlənir. Bu, bizi çox sevindirir. Tam əminliklə deyə bilərəm ki, Şəki şəhəri gələcəkdə Azərbaycanın ən gözəl turizm mərkəzlərindən birinə çevriləcəkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [22:00]
“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]