Azərbaycan Dövlət İnformasiya Agentliyi

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayırıq.

Uca Allahdan diləyimiz budur ki, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etsin.

Hörmətlə,

 

Heytəm bin Tariq Al Səid

Omanın Sultanı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin