On ailə üçün fərdi ev
Naxçıvan, 23 dekabr (AZƏRTAC). Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə 2010-cu ilin 11 ayı ərzində 220 əlil Əlillərin Bərpa Mərkəzində müalicəyə cəlb olunmuş, 275 əlilə protez-ortopedik xidmət göstərilmiş, 101 əlil sanatoriya-kurort yollayışları, 202 əlil isə texniki bərpa vasitələri ilə təmin olunmuşdur. Sağlamlığını qismən itirmiş vətəndaşlarımız və şəhid ailələri üçün 38 mənzil tikilərək istifadəyə verilmişdir. Ümumilikdə son 15 il ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə əlil olmuş şəxslərə və 1941-1945-ci illər müharibəsi əlillərinə 230 ədəd avtomobil verilmiş, 177 müharibə əlili və şəhid ailəsi fərdi evlərlə təmin olunmuşdur. Hazırda Şərur rayonunda Çernobıl əlili, hərbi xidmət zamanı sağlamlığını itirən 2 şəxs, 7 Azərbaycan Vətən müharibəsi veteranı üçün Şərur şəhərində, Yengicə, Muğancıq-Mehrab, Siyaqut, Qarxun, Zeyvə, Arpaçay, Danyeri, Aşağı Yaycı və Kərimbəyli kəndlərinin hərəsində bir fərdi evdə son tamamlama işləri həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]