İQTİSADİYYAT
On ayda paytaxtın ticarət dövriyyəsi 3,4 faiz artıb
Bakı, 3 dekabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında paytaxtın ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artaraq 16 milyard 929,3 milyon manat olub.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 7 milyard 748,2 milyon manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 3,9 faiz artaraq 9 milyard 181,1 milyon manata bərabər olub. İstehlak məhsullarının 28,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]