ELM VƏ TƏHSİL
On birinci sinif şagirdlər üçün buraxılış imtahanı başlayıb
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakıdakı xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıdakı orta ümumtəhsil müəssisələrinin XI sinif şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirilir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 3-ü saat 15:00-da başlanan imtahan 2 saat 45 dəqiqə davam edəcək.
İmtahanların keçirilməsi üçün 104 imtahan binası ayrılıb. İmtahanda Bakıda 340, Şəmkirdə 1786, Gədəbəydə 748, Ağstafada 736, Qazaxda 681, Tovuzda 1550, Xızıda 110, Balakəndə 750, Zaqatalada 1143, Qaxda 475, Ağcabədidə 1405, Göyçayda 982, Ucarda 716, Ağdaşda 812, İsmayıllıda 800, Füzulidə 706, Beyləqanda 827, Yardımlıda 620, Cəlilabadda 1594, Masallıda 1477, Salyanda 1131, Lerikdə 469, Hacıqabulda 416, Neftçalada 622, Siyəzəndə 379, Qobustanda 332, Mingəçevirdə 1014, Qusarda 856, Qubada 1353 şagirdin iştirakı nəzərdə tutulub.