MƏDƏNİYYƏT
“On min dollarlıq kef” tamaşası yeni quruluşda təqdim olunacaqdır
Bakı, 18 may (AZƏRTAC). Mayın 21-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi görkəmli bəstəkarımız Emin Sabitoğlunun “On min dollarlıq kef” ikihissəli musiqili komediyasını tam yeni quruluşda təqdim edəcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, budəfəki quruluşun müəllifi rejissor Əhəd Hacıyevdir. “www.ferzeli-kef.com” adı ilə təqdim olunacaq tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədovadır.
Tamaşada baş rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar Artist Çingiz Əhmədov, aktyorlar Novruz Qartal, Məhərrəm Qurbanov, Ağaxan Şərifov və başqaları ifa edəcəklər.
Tamaşa Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində göstəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]