MƏDƏNİYYƏT
Oqtay Mirqasımovun “Ovsunçu” filmi “Qızıl Minbər” Beynəlxalq kinofestivalında iştirak edəcəkdir
Bakı, 21 iyul (AZƏRTAC). Sentyabrın 6-dan 11-dək Tatarıstanın paytaxtı Kazanda “Qızıl Minbər” VII Beynəlxalq müsəlman filmləri kinofestivalı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, seçim komissiyası iyulun 20-dən başlayaraq müsabiqədə iştirak edəcək filmləri müəyyənləşdirəcəkdir.
Müsəlman ölkələrində ekranlaşdırılmış 40-dək filmin nümayiş etdiriləcəyi festivalda Azərbaycan Oqtay Mirqasımovun “Ovsunçu” filmi təmsil ilə təmsil olunacaqdır.
Film Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk illərdə baş vermiş hadisələrdən bəhs edir.
Filmdə aparıcı rolları tanınmış aktyorlar Bəxtiyar Xanızadə, Fuad Poladov və Ayan Mirqasımova oynamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]