İQTİSADİYYAT
Ötən il üçün auditlərlə əhatə edilmiş vəsaitin məbləği 5,6 milyard manat olub
Bakı, 14 aprel, AZƏRTAC
2016-cı ilin iş planında nəzərdə tutulmuş və hesabat ilində başa çatdırılmış nəzarət tədbirlərinin sayı 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,8 faiz (82 və 74) az olub. Auditlərlə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 34,2 faiz çox olmaqla ümumilikdə əhatə dairəsi hesabat ilində 5,6 milyard manat təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, ötən il əhatə edilmiş vəsaitin 85,5 faizi dövlət büdcəsinin mərkəzləşdirilmiş, 14,5 faizi isə büdcənin yerli xərcləri üzrə olub. Auditin 32-si Bakı şəhərində, 30-u respublikanın ayrı-ayrı şəhər və rayonlarında, 3-ü isə xarici ölkədə yerləşən diplomatik korpusda aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]