MƏDƏNİYYƏT
Ötən ilin dekabrında bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilmişdir
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2013-cü ilin dekabr ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə “AFN Travel”, “Kite Travel”, “Gənzə Travel”, “Vorld Travel”, “Proksi Travel”, “Exotic Travel”, “Biletx Travel”, “I Construction-Travel”, “Eleqant-M LTD” Məhdud Məsuliyyətli cəmiyyətləri və “Alban-Avia” firması turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almışlar.