Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ötənilki sərgilərdə 75 ölkədən 50 min 537 ziyarətçi qeydiyyatdan keçib

Ötənilki sərgilərdə 75 ölkədən 50 min 537 ziyarətçi qeydiyyatdan keçib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri bu il 23 layihə reallaşdıracaq

Bakı, 8 yanvar, AZƏRTAC

Azərbaycanda beynəlxalq ticarət sərgilərinin təşkilatçıları 2019-cu ildə həyata keçirdikləri fəaliyyətlərinin yekun icmalını hazırlayıblar.

“Caspian Event Organisers” (“CEO”) və “Iteca Caspian”dan AZƏRTAC-a bildirilib ki, ötən il ərzində bu 2 şirkət tərəfindən hər il keçirilən 21 ticarət-sənaye sərgisi, eləcə də 3 konfrans təşkil olunub. Həmçinin Azərbaycanın ilk qeyri-neft sərgiləri - “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri öz 25 illik yubileyini, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini uğurla qeyd edib. Bununla yanaşı, “CEO” şirkəti 12 beynəlxalq səviyyəli tədbirə təşkilati dəstək göstərib. Onların arasında IOI 2019 - 31-ci Beynəlxalq İnformatika Olimpiadasi, Ümumdünya Gömrük Təşkilatinin İnformasiya Texnologiyaları/Texnologiya və İnnovasiyalar konfrans və sərgisi, BMI Beynəlxalq Forumu, Azərbaycan Nevrologiya Həftəsi və digər beynəlxalq tədbirlər yer alıblar.

2019-cu ildə Bakıda keçirilən beynəlxalq sərgilər 53 ölkədən 986-sı xarici şirkət olmaqla 1838 iştirakçını bir araya gətirib. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya, Türkiyə və Belarus müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Sərgilərin iştirakçı-ölkələri sırasına Monqolustan da qatılıb. Müxtəlif sərgilərdə 21 ölkə tərəfindən 33 milli ekspozisiya, eləcə də 24 regional stend təqdim edilib.

Ümumilikdə isə sərgilərdə 75 ölkədən 50 min 537 ziyarətçi qeydiyyatdan keçib. Keçən il ziyarətçilərin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib və 3 ölkə - Türkiyə, Rusiya və İran ziyarətçilərin sayına görə öz lider mövqelərini qoruyub saxlayıblar.

Ölkə rəhbərliyi Azərbaycandakı sərgi fəaliyyətinə diqqət göstərir və bu baxımdan, 2019-cu il də istisna olmayıb. Belə ki, Prezident İlham Əliyev “Xəzər Neft və Qaz” (“COG”), “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Bakutel” sərgilərini ziyarət etməklə yanaşı, iştirakçı və ziyarətçilərə salamlama məktubları ünvanlayıb. Ölkə rəhbərliyinin sərgilərə göstərdiyi diqqət, eləcə də aidiyyəti dövlət strukturlarının dəstəyi tədbirlərə olduqca müsbət təsir göstərir və sərgilərin uğurunun təminatıdır. Azərbaycan Prezidentinin sərgiləri ziyarət etməsi sektorun inkişafına həmişə güclü təkan verir, bazar iştirakçılarına qayğı və diqqətin mövcud olduğunu nümayiş etdirir.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp da “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayıb. Öz növbəsində Böyük Britaniyanın Beynəlxalq ticarət üzrə Dövlət katibi Liam Foks da sərginin iştirakçı və qonaqlarına video-müraciət göndərib. Ümumdünya Turizm Təşkilatının (ITU) Baş katibi Zurab Pololikaşvili isə “AITF” turizm sərgisinə salamlama məktubu ünvanlayıb.

Sərgilər xarici sənaye nazirlikləri və beynəlxalq strukturlar arasında da populyardır. Belarusun Baş Nazirinin müavini İqor Vasilyeviç Lyaşenko, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Jao, ABŞ-ın Enerji Resursları Bürosu Katibi köməkçisinin birinci müavini Kent D.Loqsdon, İranın Neft nazirinin müavini Əmir Hüseyin Zamaniniya, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan və digər xarici qonaqlar sərgiləri ziyarət ediblər.

“Caspian Event Organisers” və “Iteca Caspian” tərəfindən təşkil olunmuş sərgi və konfranslar dövlət strukturları tərəfindən dəstəklənir. 2019-cu ildə keçirilən müxtəlif sərgilərdə stend ilə çıxış edən Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil nazirlikləri, SOCAR, Dövlət Turizm Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Memarlar İttifaqı, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “E-GOV” strukturu, IDEA İctimai Birliyi, “ABAD”, Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi də öz fəaliyyətlərini fəal şəkildə təqdim ediblər. Bütün sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 6 sərgidə - “WorldFood Azerbaijan”, “Gift and Promo”, “Eduexpo”, “BakuBuild”, “Caspian Ecology”, “Bakutel”də mikro, kiçik və orta biznesi təmsil edən sahibkarlar üçün stend təşkil edərək 100-dək KOB subyektinin bazara çıxmasına kömək edib. KOB-lar bu dəstək çərçivəsində öz məhsul və xidmətlərini çoxminlik auditoriyaya təqdim edərək satış imkanlarını genişləndirib və yeni işgüzar münasibətlər qurub.

Ötən il sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2019-cu ildə tərəfdaş qismində SOCAR, BP, “NB Group”, “Azercell”, “TPAO”, “Azeri MI Drilling Fluids”, “AZFEN”, “Baku Steel Company”, “BOS SHELF”, “Caspian Drilling Company”, “Сaspian Marine Services”, “RussNeft”, “SOCAR Polymer”, “Tekfen Construction”, “Royal IHC”, “Kapital Bank”, “Pasha Bank”, “Equinor Azerbaijan”, “Gazprombank”, “Petronas Azerbaijan”, “Inpex Corporation”, “ABB Limited”, “Baker Hughes”, “Caspian Pipe Coatings”, “Dentons Europe AARPI”, “Huawei”, “Hewlett Packard Enterprise”, “Lamor Corporation”, “McDermott”, “Nobel Upstream”, SOCAR AQŞ, “Tenaris Connections B.V.”, “Total E&P Absheron”, “Zenith Aran Oil Company LTD”, “Prior Leasing”, “Mətanət A”, “AIMC”, “Holcim Azerbaijan”, “Mitto”, Dominikan Respublikası Turizm Nazirliyi, Bakı Konqres Mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, “Shokki Mokki” brendi, “Halliburton”, “ACE Group Consultants”, “British School in Baku”, “Green Light” Autizm Mərkəzi, “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzi, “Art Trio”, “Credo”, “CityTaxi”, “CTS Translation”, “Caspian Energy International Media Group” çıxış ediblər.

Keçən il “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətlərinin rəsmi tərəfdaşları qismində Bakı Ekspo Mərkəzi, “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel Baku” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, “Caspian Freight Services” yer alıb. “Uşaq zonası” üzrə tərəfdaş - “Bağçam” Uşaq Bağçaları Şəbəkəsidir.

2019-cu sərgi ilini haqlı olaraq “Sərgilər+” ili də adlandırmaq mümkündür. Belə ki, təşkilatçılar 45 əlavə tədbir planlaşdıraraq həyata keçiriblər. Hər sərgi çərçivəsində yeni məhsul və xidmətlərin nümayiş etdirilməsi üçün xüsusi “Təqdimat zonası” yaradılıb. Belə tədbirlərdən biri isə artıq sərgilərin ənənəsinə çevrilmiş “B2B” formatlı işgüzar görüşlərdir. Ötən il “B2B” formatlı görüşlərdə 300-dən çox şirkət iştirak edib və bu şirkətlər 848 beynəlxalq görüş keçiriblər.

“CEO” şirkətinin tədbirlər portfelinə daxil olan yeni “Bizimkilər” brendi dərhal populyarlaşıb və 2019-cu ildə bu sessiya “Bakutel Tech Talks” ilə yanaşı, “Xəzər Neft və Qaz” və “Medinex” sərgiləri çərçivəsində də keçirilib. Xaricdə təcrübə toplamış həmvətənlərimizin çıxışları sərgi ziyarətçilərinin daim marağına səbəb olur.

Sərgilər çərçivəsində ilk dəfə olaraq şəbəkələşmə üçün əlavə imkanlar yaradan yeni formatlar, tədbirlər ərsəyə gətirilib. Onların arasında Azərbaycanda ilk dəfə olaraq Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və “chefs.az” internet resursunun təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar Çempionatı, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans, “Şirkətlərin sosial məsuliyyəti - Yaşıl dalğa” adlı sessiya, məşhur sloveniyalı futuroloq Blaz Qolobun “Enerji baxımından səmərəli və “Ağıllı” şəhərlər”: əsas hərəkətverici mexanizmlər və onların inkişafında energetika sektorunun rolu” adlı aktual mövzusunda çıxışı, “Tullantıdan sənətə” ekspozisiyası, energetika sahəsində nailiyyətlər qazanmış qadınlara həsr olunmuş “Women in Power” sessiyası, Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş, sənaye mütəxəssislərinin - nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi, “Bakutel” sərgisinin xüsusi qonağı, “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskov və sərgilərin daimi tərəfdaşı, “1news” xəbər agentliyinin direktoru Rəhman Hacıyevin iştirakı ilə unikal işgüzar dialoq formatında diskussiya paneli və digər maraqlı tədbirlər var idi.

Təşkilatçılar demək olar ki, hər bir sərginin iştirakçılarını tədbir başlamazdan əvvəl işgüzar səhər yeməyinə dəvət edib və burada eksponentlərə bir-birləri ilə tanış olmaq, təşkilatçıları yaxından tanımaq və ən əsası da əldə edilmiş bilik və imkanlar hesabına iştirakın səmərəliliyini artırmaq üçün imkan yaradıblar. Əgər təşkilatçılar 2019-cu ilə qədər belə təlimlər üçün xaricdən mütəxəssis dəvət edirdilərsə, artıq şirkətlər öz təcrübələrini yerli iştirakçılar ilə bölüşən yerli mütəxəssislər yetişdiriblər.

Həmçinin şirkət nümayəndələri “WorldFood Azerbaijan”, “BakuBuild” və “Caspian Ecology” sərgilərinin yubiley tədbirlərində də bir araya gəliblər. Sərgi iştirakçıları Mərkəzi Nəbatat Bağında nar və badam ağacları əkib, quşlar üçün yuvalar və yem qabları quraşdırıb, Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində isə sərv ağacları əkiblər.

“Xəzər Neft və Qaz” və “Bakutel” sərgiləri çərçivəsində “kağızdan kənar” olmağa, yəni heç bir sənədi çap etməmək imkanı verən xüsusi mobil tətbiq işə salınıb. Mobil tətbiqi yüklədikdən sonra ziyarətçilər “hands free” olaraq sərgi haqda məlumatları telefonlarında əldə edə bilərlər. Tətbiqin rahat və asan naviqasiyası lazım olan məlumatları tez bir zamanda tapmağa imkan verir. Bundan əlavə, həm iştirakçılar, həm də ziyarətçilər sərgi və konfransların proqramına uyğun olaraq tədbirlərin başlaması barədə “bildiriş” (“push notifications”) ala bilirlər. Tətbiq vasitəsi ilə ziyarətçilər həmçinin sərgi iştirakçıları ilə birbaşa görüşlər təyin edə, QR kodları skan edib bütün lazimi məlumatları elektron ünvanlarına göndərə bilərlər. Həmçinin tədbirlərdə fərdi marşrutu müəyyən etmək, planı e-poçt vasitəsi ilə göndərmək və digər xidmətlərdən istifadə üçün sərgilərin interaktiv planı quraşdırılıb.

Təşkilatçılar tərəfindən davam etdirilən “Təbiəti qoru” kampaniyasına uyğun olaraq, istifadə edilmiş bütün kağız məmulatlar ofisdən çıxarılaraq emal və təkrar istifadəyə verilir, sərgilərdə plastik “beyc” və paketlərdən imtina edilir, əvəzində isə təkrar emal edilmiş kağızdan hazırlanan paketlərdən istifadə olunur. Bu baxımdan, yeni addım reklam məqsədləri ilə bannerlərdən istifadənin məhdudlaşdırılması olacaq və bunun əvəzində parça üzərində çap məmulatlarından istifadə olacak. Sərgilərin rəsmi ziyafət gecələri üçün sifariş edilmiş yeməklərin qalan hissəsi ehtiyacı olan insanlara göndəriləcək. Həmçinin bütün qıda tullantılarının heyvan sığınacaqlarına verilməsi də planlaşdırılır.

Hazırda bir-birindən maraqlı tədbirlərlə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq gedir. 2020-ci ildə “CEO” və “Iteca Caspian” şirkətləri tərəfindən 23 layihə həyata keçiriləcək. Yeni sərgi mövsümü isə fevralın 15-də “Autizm spektr pozuntusu” (ASP) mövzusuna həsr olunmuş və fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynlərini, eləcə də mütəxəssisləri, pedaqoq və metodistləri, habelə psixoloq və psixoterapevtləri bir araya gətirəcək 2-ci Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar “Fərqli Fərdlər” Konqresi ilə açıq elan olunacaq. 2020-ci ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında “www.iteca.az” və “www.ceo.az” tanış olmaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib