Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Övlad qayğısından məhrum olmuş ahılların ümid yerinə çevrilən ünvan – Bilgəh Pansionatı VİDEO

Bakı, 3 iyul, Xəyalə Məmmədova, AZƏRTAC

Hər bir valideynin ən böyük arzusu övlad sahibi olmaq, onu boya-başa çatdırıb sevincli günlərini görməkdir. Səbirə ana da bu arzularla yaşayıb və övladlarını xoşbəxt böyütmək üçün əlindən gələni edib. Amma tale elə gətirib ki, yazdığı şeirində dediyi kimi, bu gün onun yalnız ümidi, pənahı Allahdır və bir də dövlətimiz.

AZƏRTAC-ın çəkiliş qrupu Bilgəh qəsəbəsində müharibə və əmək əlilləri üçün pansionatdan reportaj hazırlayıb.

Pansionatda ahıl insanların rahat yaşamaları üçün hər cür şərait yaradılıb. Buradakı sakitlik, göz oxşayan səliqə-sahman diqqəti ilk baxışda cəlb edir. Pansionatda yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında müayinə edilir, onlar üçün mütəmadi olaraq konsertlər, bayram şənlikləri təşkil olunur. Bir sözlə, burada yaradılan şərait dövlətin bu kateqoriyadan olan vətəndaşlara qayğısının təzahürüdür.

Səksən beş yaşlı Səbirə xanım hüquq təhsili alıb, vaxtilə bir çox dövlət müəssisələrində çalışıb, həyatda çətinliklər görsə də, hər zaman övladlarının, ailəsinin yanında olub. Ancaq, necə deyərlər, sən saydığını say... Tale elə gətirib ki, Səbirə ana ahıl çağında qocalar evinə üz tutmaq məcburiyyətində qalıb. Bilgəhdəki bu pansionatda onun kimi qocaların gözündə puç olmuş arzular və doğmalarının istiliyinə həsrət qalan baxışlar oxunur. Baxmayaraq ki, bu gün pansionatda onlar dövlətimiz tərəfindən isti yemək, geyim, dava-dərman - bir sözlə, həyat üçün vacib olan hər şeylə təmin olunublar, övlad vəfasızlığı onları qəlbən ağrıdır. Bu insanlar gəncliklərini, hətta bəzən sağlamlıqlarını belə fəda etdikləri övladlarından görmədikləri diqqət və qayğını məhz dövlətimizdən görürlər.

Qarabağdan olan Zəminə Cəbrayılova dövlətimizdən razılıq edir və torpaqlarımızın işğaldan tezliklə azad olunacağına inandığını deyir: “Mən 1993-cü ildən Füzuli rayonundan məcburi köçkün düşmüşəm. Peşəm müəllimədir. Məcburi köçkün düşdükdən sonra buraya gəldim. Burada çox yaxşı yaşayırıq. Sağ olsun dövlətimiz, bizə çox yaxşı baxırlar. İnanıram ki, torpaqlarımız da tezliklə işğaldan azad ediləcək”.

Həyatı, taleyi düz gətirməyənlərdən biri də Həbib Qənbərovdur. Həbib dayı nə qədər dərdli görünsə də, ondakı həyat eşqi də bir o qədər güclüdür. Ölkəmizdə və dünyada baş verən hazırkı proseslər barədə özünəməxsus fikirləri ilə diqqət çəkir. Əslən Şərurdan olan Həbib Qənbərovu ata-baba yurdunun işğal altında olan 11 min hektar ərazisinin düşməndən azad edilməsi çox sevindirib. Deyir ki, səhhəti normallaşan kimi, ömür vəfa etsə, gedib Günnüt kəndini ziyarət edəcək.

“Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan Ordusu gündən-günə inkişaf edir. Ordumuz güclü texnikaya malikdir. Yadıma gəlir, Qarabağ döyüşləri gedən zaman mən də könüllülər arasında idim. O zaman döyüşməyə silah tapmırdıq, bu gün isə ordumuz ən müasir silahlarla təmin olunub. Bir neçə gün öncə televizordan hərbi paradı izlədim. Qürur hissi keçirməmək olmur. Dövlətimizin başçısının sayəsində ən müasir texnikalara sahibik. 2016-cı ilin Aprel döyüşləri, bu yaxınlarda Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən geri alınması ordumuzun gücünü göstərdi. Gün o gün olsun, Azərbaycan bayrağı Şuşada, Laçında dalğalansın”, - bu Həbib dayının ən böyük arzusudur.

Bilgəhdəki bu pansionat təkcə tənhalar evi deyil, həm də müxtəlif taleli insanların birləşdiyi, qovuşduğu, həmdərd olduğu bir məkandır. Burada hətta həyatı qaldığı yerdən davam etdirmək üçün özündə qüvvə tapan, ömrünə yeni rəng-hava qataraq ailə quranlar da var.

Pansionatda yaşayan ahılların hər birinə bütün zəruri şəraiti olan otaq ayrılıb. Onlar burada yaşamaqla yanaşı, sevdikləri işlərlə də məşğul olurlar. Müəssisənin sakinləri arasında yaradıcı insanlar, müxtəlif sənət sahibləri var: professor, müəllim, rəssam, həkim... Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın buradakı portretini pansionatın sakini olan rəssam Davud dayı çəkib.

Müharibə və əmək əlilləri üçün pansionatın direktoru Qətibə Əsədova deyir ki, hazırda müəssisədə 220 nəfər yaşayır. Onların hər biri fərqli özəlliyə və bacarığa malikdir. “Pansionatımız əsasən tənha - övladları, qohum-əqrəbası olmayan insanlar üçün nəzərdə tutulub. Ancaq elələri var ki, övladlarından soyuq münasibət gördüyü və getməyə yeri olmadığı üçün bura pənah gətirib. Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva onlar üçün hər cür şərait yaradıb. Burada çoxlu ziyalılar da var. Onların əksəriyyəti sakit həyat və rahat güzəran üçün bura üz tutub. Biz də hər kəsə sevgi və hərarət bəxş etməyə çalışırıq. Pansionat sakinlərinin ən yaxın dostu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Leyla xanım onlarla ayda azı bir dəfə görüşür, səmimi söhbətlər edir, yaşlı nəslin nümayəndələrini gəzintiyə aparır, doğum günlərində onları yada salır”, - deyə müəssisənin rəhbəri, Əməkdar Müəllim Qətibə Əsədova bildirib.

Gündə üç dəfə isti və dadlı yeməklərlə təmin olunan pansionat sakinləri xidmət personalından razılıq edirlər. Onların istəkləri nəzərə alınır, müəssisənin özfəaliyyət kollektivi həftədə iki dəfə ahılları musiqi ilə feyziyab edir...

Azərbaycan dövləti tərəfindən yaşlı nəslə xüsusi diqqət və qayğı göstərilir. Dövlətimiz onların ən böyük himayəçisidir. Ahılların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə davamlı tədbirlər həyata keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət və ənənəni Prezident İlham Əliyev hazırda yüksək səviyyədə davam etdirir. Bu sahədə Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ahılların ən böyük qayğıkeşidir. Mehriban xanımın təşəbbüsü ilə onların qayğı və problemləri öyrənilir, sağlamlıqları daim diqqətdə saxlanılır. Bütün bunların nəticəsidir ki, pansionatda həmsöhbət olduğumuz ahılların hamısı dövlətin onlara diqqətindən razılıqla danışdılar. Pansionatın sakinləri yaradılmış əlverişli şəraitə, onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyevin Fondunun prezidenti Mehriban Əliyevaya dönə-dönə minnətdarlıq etdilər.

Övlad qayğısından məhrum olmuş ahılların ümid yerinə çevrilən ünvan – Bilgəh Pansionatı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib