MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır”
Joan Franka: Bakıda Niderlandı təmsil etməkdən qürur duyuram
Bakı, 15 may (AZƏRTAC). Niderlandı Bakıda təmsil etməkdən qürur duyuram.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 15-də “Baku Crystal Hall”da ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Niderland təmsilçisi Joan Franka demişdir.
Bakıda təşkil olunan “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün ölkəsində keçirilən və güclü rəqiblərin olduğu milli seçim turunda qələbə qazandığını deyən Niderland təmsilçisi əslən türk olduğunu diqqətə çatdırmışdır.
“Baku Crystal Hall”da keçirilən mahnı müsabiqəsinin möhtəşəmliyindən danışan Joan Franka bildirmişdir ki, musiqi həyatımızda müsbət rol oynayır. Belə bir yarışmada iştirak etməyin bir çox müğənnilərin arzusu olduğunu deyən Joan Franka müsabiqənin əhəmiyyətini vurğulamışdır.
Ölkəmizin milli mətbəxi ilə bağlı fikirlərini bölüşən Niderland təmsilçisi yeməklərimizin çox dadlı və ləziz olduğunu diqqətə çatdırmışdır.