MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
“EuroVillage” mayın 27-dək fəaliyyət göstərəcəkdir
Bakı, 21 may (AZƏRTAC). Xəbər veridiyimiz kimi, “Eurovision-2012” mahnı müsabiqəsinin əsas məkanlarından biri olan “EuroVillage”nin səhnəsində konsertlərə start verilmişdir.
“EuroVillage”də mayın 21-də saat 13.00-dan 22.00-dək Azərbaycanın əməkdar artistləri Sevda Ələkbərzadə, Tünzalə Ağayeva ilə yanaşı, “Eurovision-2012” mahnı müsabiqəsinin təmsilçiləri-xorvatiyalı Nina Badriç, maltalı Kurt Kalleya, türkiyəli Can Bonomo və başqaları çıxış edəcəklər.
“EuroVillage” ərazisinə giriş tam sərbəstdir. Hər gün mütəmadi olaraq müxtəlif proqramların təşkil olunacağı bu məkan mayın 27-dək fəaliyyət göstərəcəkdir.