MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Eva Boto: Azərbaycanla bağlı təəssüratlarım uzun müddət yaddaşımda qalacaqdır
Bakı, 21 may (AZƏRTAC). Azərbaycanla bağlı təəssüratlarım hələ uzun müddət yaddaşımda qalacaqdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Sloveniya təmsilçisi, "Eurovision-2012" mahnı müsabiqəsinin ən gənc iştirakçısı Eva Boto bildirmişdir.
Azərbaycana yenidən gəlmək arzusunda olduğunu deyən sloveniyalı təmsilçi bu müsabiqəni karyerasının ən parlaq səhifəsi adlandırmışdır. Qonaq demişdir: “Azərbaycan çox gözəl ölkədir. Biz Bakını, İçərişəhəri gəzdik və Azərbaycanın milli xörəklərindən daddıq. Özümü burada çox yaxşı hiss edirəm. Mənim 16 yaşım var, şou-biznesə hələ yeni qədəm qoyuram. “Eurovision-2012” isə mənim karyeramda ən böyük səhifədir”.