MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Litva təmsilçisi Donny Montell “Baku Crystal Hall”un səhnəsində “Love is blind” mahnısını ifa etmişdir
Bakı, 27 may (AZƏRTAC). “Eurovision-2012” mahnı müsabiqəsinin final şousunun növbəti iştirakçısı Litva təmsilçisi Donny “Baku Crystal Hall”un səhnəsində Montell “Love is blind” mahnısını ifa etmişdir.
AZƏRTAC xəbər verir ki, əsl adı Donatas Montvidas olan müğənninin musiqi həyatı ölkəsinin “Pesnya, pesenka” müsabiqəsindən başlamışdır.
Belarusda keçirilən “Slavyan bazarı” festivalının baş mükafatını qazanan Donny Montell 2009-2010-cu illərdə “Eurovision” mahnı müsabiqəsinin seçim turlarında iştirak etmişdir. Donny Montellin sənət devizi belədir: “Yaratmaq, oxumaq, rəqs etmək!”
Bir çox televiziya verilişlərinin iştirakçısı olan Donny Montell “Duets Of The Stars” yarışmasında iştirak etmişdir. O, bu yarışmada həm tamaşaçıları, həm də münsiflər heyətini məftun etməyi bacarmışdır.