MƏDƏNİYYƏT
“Öz məşəlini alovlandır!”
Ukraynanın “Eurovision-2012” mahnı müsabiqəsindəki təmsilçisi bütün iştirakçılara şokolad bağışlayacaqdır
Bakı, 12 may (AZƏRTAC). Ukraynanın 57-ci “Eurovision” mahnı müsabiqəsindəki təmsilçisi Qaytana bildirmişdir ki, bütün iştirakçılara adlı şokolad bağışlayacaqdır. Müğənni, həmçinin ingilis dilində “Belarus my guest” adlı albomunu və “Gaitana” mobil əlavəsini təqdim etmişdir.
AZƏRTAC “PotokUA” saytına istinadla xəbər verir ki, Qaytananın əsas hədiyyələrindən biri məxsusi olaraq Avropa müsabiqəsi üçün hazırlanmış əla növ şokolad plitkası olacaqdır. Fərqli xoş dada malik olan qara şokoladın limitləşdirilmiş versiyası məhz “Eurovision” müsabiqəsi üçün hazırlanmışdır.
Müğənninin sözlərinə görə, xüsusi məhsulu ən yaxşı şokolad ustaları hazırlamışlar. Onlar seçmə inqrediyentlərdən, çox narın və zərif şokolad kütləsindən istifadə etmişlər. Şokolad plitkasının dizaynı müğənni ilə bilavasitə əməkdaşlıq şəraitində, onun şəxsi eskizi əsasında hazırlanmışdır.
Qaytana müsabiqəyə yaxşı hazırlaşmaq üçün ingilis dilində “Belarus my guest” adlı yeni albom buraxmışdır. On orijinal trekdən ibarət olan bu albom üzərində Avropanın və ABŞ-ın ən yaxşı saundprodüserləri və musiqiçiləri işləmişlər. Albom San-Fransisko, Sietl, Los-Anceles və Kiyev şəhərlərində yazılmışdır. Qaytana yeni albomunu Avropa auditoriyasına Bakıda keçiriləcək mahnı müsabiqəsində təqdim edəcəkdir.
Qaytananın sonuncu hədiyyəsi isə məxsusi olaraq multimedia qurğuları üçün işlənib hazırlanmış “Gaitana” adlı Ukraynada ilk mobil proqram olacaqdır. Bu əlavə Qaytana haqqında informasiya və xəbərləri, musiqi kompozisiyalarını və videomaterialları mobil qurğulara yükləməyə imkan verir. Mobil əlavə artıq istifadəyə verilmişdir. Proqram hər gün yenilənəcək, yeni informasiya və materiallar bir-birini əvəz edəcəkdir.