DÜNYA
Özbəkistan Mərkəzi Seçki Komissiyası Ali Məclisə seçilən deputatların siyahısını dərc edib
Daşkənd, 25 dekabr, АZƏRTAC
Özbəkistan Mərkəzi Seçki Komissiyası (MSK) Ali Məclisə seçilən 125 deputatın siyahısını dərc edib.
AZƏRTAC xəbər verir ki, dekabrın 22-də keçirilən seçkilərdə 150 deputat mandatı uğrunda 750 namizəd mübarizə aparıb. Özbəkistanda fəaliyyət göstərən beş siyasi partiya seçkilərdə iştirak edib.
Səsvermənin nəticəsinə əsasən Özbəkistan Liberal Demokrat Partiyası 42, “Milli Dirçəliş” Demokratik Partiyası 34, “Ədalət” Sosial Demokrat Partiyası 20, Xalq Demokratik Partiyası 18 və Özbəkistan Ekoloji Partiyası 11 mandat əldə edib.
MSK-nın məlumatına görə, 25 seçki dairəsində təkrar səsvermə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, qrupun üzvü, deputat Cavanşir Paşazadə və bir qrup deputat Daşkənddə seçkiləri izləyiblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd