DÜNYA
Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq
Daşkənd, 10 oktyabr, АZƏRTAC
Gələn ildən etibarən Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq. Məhsulun hamısı ölkədə emal ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov jurnalistlərə bildirib. O qeyd edib ki, xarici ölkələrə hazır toxuculuq məmulatları ixrac ediləcək.
S.Umurzakov deyib: “Bu il Özbəkistandan xarici ölkələrə 2 milyard dollardan çox toxuculuq məmulatları ixrac olunacaq, 2025-ci ilə qədər isə bu rəqəm 8 milyarda yüksələcək”.
O bildirib ki, Özbəkistan xarici ölkələrə xam pambıq satışını getdikcə azaldır. Belə ki, 2010-cu ildə xaricə 1,5 milyard dollar həcmində xam pambıq satılmışdısa, 2015-ci ildə bu rəqəm 736 milyon dollara qədər azalıb, keçən ilin göstəricilərinə görə isə 222 milyon dollar təşkil edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]