MƏDƏNİYYƏT
Özbəkistanın “Caxon adabiyyati” jurnalında Azərbaycan yazıçılarının əsərləri çap olunub
Daşkənd, 12 sentyabr, АZƏRTAC
Özbəkistanın “Caxon adabiyyati” jurnalında Azərbaycan yazıçılarının əsərləri çap edilib.
AZƏRTAC xəbər verir ki, nəşrdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Əlbəttə görüşərik” hekayəsi dərc edilib. Hekayəni orijinaldan özbək yazıçısı Mamatkul Hazratkulov çevirib.
Jurnalda Rəsul Rza, Fikrət Sadıq, Nəbi Xəzri, Abbas Abdulla, Yusif Həsənbəy, Eldar Baxış, Rüstəm Behrudi, Hidayət, Sultan Mərzili, Vaqif Bayatlı Önər, Fikrət Mursaqulov, Ayaz Arabaçı, Ülvi Bünyadzadə və İslam Türkayın şerləri çap olunub.
Şerləri isə ədəbiyyatımızın yaxın dostu, mərhum şair və tərcüməçi Usman Kuçkar və Uktamoy tərcümə edib.
Ümumiyyətlə, “Caxon adabiyyati” tez-tez Azərbaycanın şair və yazıçıları, alimlərinin əsərlərinə müraciət edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd