Pakistan aviaşirkətindən qəribə tələb : ekipaj üzvləri arıqlamalıdırlar
İslamabad, 9 yanvar, AZƏRTAC
“Pakistan İnternational Airlines” aviaşirkətinin ekipaj üzvləri iş yerlərini itirməmək üçün arıqlamalıdırlar.
AZƏRTAC xəbər verir ki, yanvarın 31-dən sonra ekipajın hər hansı bir üzvünün çəkisi tələb ediləndən 30 funt (təxminən 15 kiloqram) artıq gələrsə, o, arıqlamaq üçün “Aircrew” tibb mərkəzinə göndəriləcək. Müalicə tələb olunan standart çəkiyə çatanadək davam edəcək.
Bundan sonra şirkətin bütün ekipaj üzvləri hər ay öz çəkiləri barədə məlumat verəcək, çəkisi normal olanlar uçuşa icazə alacaqlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]
Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib
- 09.06.2026 [14:51]