İQTİSADİYYAT
“Palçıq pilpiləsi” yatağındakı 1175 nömrəli quyu əsaslı təmirdən sonra istismara daxil edilmişdir
Bakı, 3 may (AZƏRTAC). Texniki-iqtisadi göstəricilərin daha da yaxşılaşdırılması, istehsalın səmərəliliyinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən mənimsənilən yataqlarda yeni quyuların qazılması ilə yanaşı, fəaliyyətsiz quyuların istismara qaytarılması üçün də mühüm tədbirlər həyata keçirilir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə “Palçıq pilpiləsi” yatağındakı 1145 nömrəli özüldən 1175 nömrəli quyu aparılmış texniki-geoloji tədbirlərdən sonra yenidən istismara verilmişdir. Quyunun 1540-1535 metr dərinliyindən gündə 5 ton neft hasil olunur. Təmir işləri “Neft daşları” Neft və Qaz Çıxarma İdarələrinin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]