DÜNYA
Parisdə 2 milyon avro dəyərində zinət əşyaları oğurlanmışdır
Paris, 9 sentyabr (AZƏRTAC). Parisin mərkəzində qiymətli zinət əşyalarının satıldığı mağazaların yerləşdiyi məşhur Vandom meydanında oğurluq hadisəsi baş vermişdir.
Sentyabrın 9-da dörd maskalı şəxs meydandakı mağazalardan birinin qiymətli saatların və daş-qaşların qoyulduğu vitrinini sındırmış, oradakı bütün zinət əşyalarını götürərək aradan çıxmağa müvəffəq olmuşlar. Oğurlanan əşyaların ümumi dəyərinin 2 milyon avro olduğu bildirilir.
Parisin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə polisi oğruları yaxalamaq üçün əməliyyata başlamışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]