DÜNYA
Parisdə antifaşizm hərəkatının 18 yaşlı üzvü neonasistlərin qurbanı olmuşdur
Bakı, 7 iyun (AZƏRTAC). Parisdə antifaşizm hərəkatının 18 yaşlı üzvü neonasistlərin qurbanı olmuşdur.
“Euro news” kanalının məlumatına görə, insident şəhərin mərkəzindəki mağazalardan birinin qarşısında baş vermişdir. Neonasistlər Klemen Merik adlı tələbəyə hücum etmişlər. Şahid ifadələri əsasında polis hadisə ilə bağlı 4 şübhəli şəxsi saxlamışdır. Şahidlərin sözlərinə görə, skinhedlər gəncə bir neçə zərbə endirmişlər. Nəticədə yerə yıxılan Klemen Merikin başı dəmir dirəyə dəymişdir.
Baş vermiş hadisə Fransa ictimaiyyətinin hiddətinə səbəb olmuşdur. Hadisə yerinə Fransanın daxili işlər naziri Manuel Vals gəlmişdir. Gəncin təhsil aldığı universitetin tələbləri etiraz aksiyası keçirmişlər. Fransa siyasətçiləri hökuməti ultrasağçı qruplaşmaların fəaliyyətinə qadağa qoymağa çağırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]