PARLAMENT XƏBƏRLƏRİ
Nümayəndə heyətinin tərkibinə deputatlar Asya Manafova, Mirkazım Kazımov və Fikrət Sadıqov daxildirlər.
Forumda parlamentlərin qanunvericilik cavabdehliyi, sənayesi inkişaf etmiş ölkələrdə parlament təşəbbüsü, iqtisadi inkişafda yerli enerji mənbələrinin rolu, dövlət və qeyri-dövlət təşkilatları arasında əməkdaşlıq və digər məsələlər müzakirə olunacaqdır.
Səfər iyunun 6-da başa çatacaqdır.
X X X
Milli Məclisin deputatlıarı Asəf Hacıyev, Məlahət Həsənova, Şaitdin Əliyev, Əli Əlirzayev və Mübariz Qurbanlı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin yaz sessiyasında iştirak etmək üçün mayın 31-də Sankt-Peterburqa yola düşəcəklər.
Tədbirdə bu təşkilatın milli parlamentləri ilə birgə Qara dəniz regionunda əməkdaşlığın gücləndirilməsində rolu, turizm sənayesinin davamlı inkişafı, qurumun Avropa parlamenti ilə əlaqələri, XXI əsrdə tərəqqinin siyasi cəhətləri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq, həmçinin təşkilati məsələlərə baxılacaqdır.
Səfər iyunun 4-də başa çatacaqdır.