İQTİSADİYYAT
“PAŞA Bank” yerli qiymətli kağızların alınması üzrə iri sazişin market-meykeri qismində çıxış edib
Bakı, 20 iyul (AzərTA). “PAŞA Bank” xarici investor – “Bank of Georgia” tərəfindən Azərbaycan manatı ilə yerli korporativ qiymətli kağızların alınması üzrə iri sazişin market-meykeri qismində çıxış edib. Sazişin vasitəçisi isə “PASHA Capital” olub.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu saziş xarici investorların nəinki Azərbaycanın borc bazarında fəal iştirakına, həm də risklərin yerli milli valyutada qəbul edilməsinə artan marağının əyani təzahürüdür.
Bankın baş investisiya direktoru Taleh Kazımov bildirib ki, “Bank of Georgia” ilə əməkdaşlıq nəinki yerli bazarda, eləcə də onun hüdudlarından kənarda “PAŞA Bank”a olan yüksək etimadı bir daha təsdiqləyir.
Qeyd edək ki, “Bank of Georgia” son 5 ildə yerli bazarda Azərbaycan manatı ilə korporativ qiymətli kağızları əldə edən ilk xarici investorlardan biridir.