İQTİSADİYYAT
“PAŞA Həyat” daxili auditorlar və risk menecerleri üçün təlimə başlayır
Bakı, 20 noyabr, AZƏRTAC
“PAŞA Həyat Sığorta” şirkətinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzi dekabr ayından sığorta şirkətlərinin orta menecer heyəti üçün ödənişli təlim keçirəcək.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Sığorta şirkətlərində daxili audit” mövzusunda təşkil olunacaq təlim proqramı sığorta şirkətlərinin təftiş komissiyasının üzvləri, risk menecment əməkdaşları və daxili auditorlar üçün nəzərdə tutulur. Təlim 17 gün keçiriləcək və 51 tədris saatını əhatə edəcək. Sonda imtahan keçiriləcək və iştirakçılar müvafiq sertifikatlar veriləcək.
Təlimə qatılmaq istəyənlər [email protected] elektron ünvanına müraciət edə və ya 567-32-36 (daxili-206) nömrəli telefonuna zəng vurub əlavə məlumat ala bilərlər.