REGİONLAR
Pilot təsərrüfatlarda identifikasiya tədbiri həyata keçirilmişdir
Bakı, 10 oktyabr (AZƏRTAC). “Dövlət Baytarlıq Xidmətinə heyvanların identifikasiyası və təsərrüfatların qeydiyyatı milli sisteminin hazırlanmasına dəstək” tvinninq layihəsi çərçivəsində Bakı şəhərinin və Abşeron rayonunun bir neçə heyvandarlıq təsərrüfatında iribuynuzlu, xırdabuynuzlu və atlar arasında pilot olaraq identifikasiya tədbiri həyata keçirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq ekspertlərin iştirakı ilə aparılan təlimlər və identifikasiya tədbirləri yüksək peşəkarlıqla icra edilmişdir.
İdentifikasiya sayəsində heyvanların hərəkətinə, onların xəstəliklərinə, vurulan vaksinlərə, eləcə də heyvanların hansı təsərrüfata məxsus olmasına tam nəzarət etmək mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]