DÜNYA
PLASTIR PEYVƏNDİ ƏVƏZLƏYƏCƏKDİR
Bakı, 20 iyul (AZƏRTAC). Corciya Texnoloji Universitetinin (ABŞ) alimləri plastırın köməyi ilə vaksin yeridilməsinin səmərəli olduğunu təsdiqləmişlər.
Alimlər laboratoriya siçanları üzərində iki vaksinləmə üsulunu sınaqdan keçirmişlər. Tədqiqat qrupunun siçanlarına uzunluğu 650 mikrometr olan plastır peyvənd edilmişdir. Onun yapışqanlı tərəfində tərkibində qrip virusuna qarşı vaksin olan 100 polimerli mikroiynə olmuşdur. İnyeksiyanın tərkibi əriyən mikroiynələrlə dərinin üst qatına yeridilmişdir. Nəzarət qrupunun siçanlarına tərkibində vaksin olmayan plastır yapışdırılmışdır.
Bir ay sonra heyvanları qrip virusuna yoluxdurmuşlar. Nəzarət qrupunun siçanları tələf olmuş, vaksinləşdirilmiş siçanlar isə yoluxmaya davamlı olmuşdur. Üç ay sonra heyvanları bir daha yoluxdurmuşlar. Nəticədə plastırın köməyi ilə peyvənd edilmiş siçanların immun sistemi virusu standart üsullarla peyvənd edilmiş siçanlara nisbətən daha sürətlə zərərsizləşdirmişdir.
Tədqiqat müəllifləri plastırın uzunmüddətli istifadəsini həmin üsulun üstün cəhətlərindən biri sayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]