Azərbaycan Dövlət İnformasiya Agentliyi

POLŞA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ALEKSANDR KVASNEVSKİYƏ

Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin gündən-günə inkişaf etməsindən məmnunam. Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin bütün sahələrdə genişlənməsi bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 aprel 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin