MƏDƏNİYYƏT
Polşada Abbasqulu ağa Bakıxanovun əsəri nəşr etdirilib
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə ölkəmizin tanıdılması məqsədilə silsilə tədbirlər görülməkdədir. Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfə və etikası, incəsənəti, musiqisi, memarlığı, tarixi, eposları, mətbəxi və Azərbaycan-Polşa seriyalarında 30 adda kitab artıq nəşr olunub.
Bununla əlaqədar, “Azərbaycan fəlsəfəsi və etikası” seriyasında görkəmli Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun “Təhzibi- əxlaq” əsəri Azərbaycanın Polşadakı səfirliyinin AMEA-nın Nizami adına Ədəbiyyat və Polşa Elmlər Akademiyasının Ədəbi Araşdırmalar institutları ilə birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Polşanın mərkəzi və universitet kitabxanalarına göndərilib.