DÜNYA
“Powerball” lotereyasının cek-potu 750 milyon dollara qədər artıb
Vaşinqton, 26 oktyabr, AZƏRTAC
ABŞ-ın Şimali Karolina ştatının sakini oktyabrın 23-də “Mega Millions” lotereyasının 1,6 milyard dollar məbləğində cek-potunu udandan sonra “Powerball” adlı digər populyar lotereyanın uduşu 750 milyon dollara qədər artıb.
AZƏRTAC xəbər verir ki, “Powerball” lotereyası 21-ci dəfə uduşsuz oynanılandan sonra onun cek-potu rekord məbləğə çatıb.
Sonuncu dəfə “Powerball” lotereyası cek-potunun qalibi avqustun 11-də Steyten-Aylend (Nyu-York ştatı) sakini olub. Onda cek-potun məbləği 245,6 milyon dollara çatıb. 750 milyon dollarlıq cek-pot ABŞ-ın lotereya oyunları tarixində məbləğinə görə üçüncüdür.
Lotereya oktyabrın 27-də gecə oynanılacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]