PRAQADA AZƏRBAYCAN EVİ AÇILMIŞDIR

AZƏRTAC xəbər verir ki, AZƏR-ÇEX Cəmiyyətinin təşəbbüsü ilə Çexiyada ilk dəfə olaraq Azərbaycan Evi açılmışdır. Praqanın mərkəzində, yeni təmir olunmuş binada, 120 kvadratmetr sahəsi olan 4 otaqlı Azərbaycan Evində milli mədəniyyətimizin və tariximizin parlaq nümunələri təbliğ olunacaqdır. Hazırda Azərbaycan Evində çağdaş Azərbaycan rəssamlarının rəsmləri sərgilənir. Burada bazar günü məktəbi və Azərbaycan dili kursları keçirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Evinin təntənəli açılışı mərasimində Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə rəisi Nazim Qaraxanov, istedadlı pianoçu Emil Məmmədov, Çexiya Respublikasının dövlət və hökumət rəsmiləri, mətbuat nümayəndələri iştirak etmişdilər.
Elə həmin gün 28 May - Respublika günü və AZƏR-ÇEX Cəmiyyətinin yaranmasının 4 illiyi ilə əlaqədar Lidiçe Xatirə Kompleksində çex və azərbaycanlı caz ustalarının konserti olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]