DÜNYA
Praqada seqveylər qadağan olunub
Praqa, 20 iyul, AZƏRTAC
Praqada elektriklə işləyən ikitəkərli nəqliyyat vasitələrinin - seqveylərin qadağan olunması barədə sərəncam avqustun birinci yarısında qüvvəyə minəcək. Bunu Praqa meri Adriana Krnaçova bəyan edib. Seqveylərin istismar qaydaları haqqında sərəncamı şəhər şurası bəyənib. Sentyabrın əvvəlində paytaxt küçələrində müvafiq yol nişanları quraşdırılacaq. Praqa meri yeni qaydaların mahiyyətini izah edərək deyib: “Nəqliyyatın bu növünə qadağa yolun hərəkət hissəsinə də şamil edilir, çünki hətta bütün seqveylər yola çıxsa belə, turistlər əvvəlki kimi nəqliyyat vasitəsinin idarə olunmasından çox görməli yerlərə diqqət ayıracaqlar. Bununla da həm öz həyatlarını, həm də digər sürücülərin həyatını təhlükə altına qoyacaqlar”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]