DÜNYA
Prezident Abdullah Gül Türkiyə xalqını və türk dünyasını mübarək Ramazan bayramı münasibətilə təbrik etmişdir
Ankara, 18 avqust (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül türk xalqını və türk dünyasını mübarək Ramazan bayramı münasibətilə təbrik etmişdir.
Türkiyə Prezidentinin təbrikində deyilir: “Mən, bu bayramın ölkəmizə, türk dünyası, islam aləmi və bütün bəşəriyyətə xeyirli olmasını arzulayıram. Bayram sevincini yaşadığımız bir zamanda ölkəmizdə və dünyanın müxtəlif bölgələrində terror, silahlı münaqişələr, insanlıq faciələri baş verir. Bİz, eyni zamanda, dünyada aclıq və səfalətlə mübarizə aparan insanlara da qucaq açmalıyıq”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da Türkiyə xalqını Ramazan bayramı münasibətilə təbrik etmişdir. Təbrik mətnində bildirilir ki, Anadolu torpaqları Yunus Əmrə, Hacı Bektaş Vəli, Mövlana sevgisi ilə dolmuşdur. Türkiyə Cümhuriyyəti bütün dünyaya sülh, xoş niyyət və qardaşlıq niyyətini ifadə edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara