Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev dedi: Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını - Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır və siz Hacıbala müəllim, o vaxt öz sədaqətinizi göstərmisiniz, həm Ulu Öndərə, həm Vətənə, dövlətə, xalqımıza. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu. Təsadüfi deyil ki, Ulu Öndər Sizə böyük vəzifələr təklif etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, ondan əvvəl isə siz Suraxanı rayonunda icra başçısı işləmisiniz. Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri üçün bir növ təəccüblü idi, çünki bildiyimə görə, qapılarınız açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların problemləri ilə maraqlanırdınız və bu, bir novatorluq idi. İndi bəziləri bunu yaddan çıxarır, amma mən yaddan çıxarmıram və bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və Azərbaycan vətəndaşları da bunu bilsinlər.

Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm.

Hacıbala Abutalıbov: Çox sağ olun. Minnətdarlığımı bildirirəm. Birinci növbədə Ulu Öndərə olan sevgim, məhəbbətim Leninqradda təhsil aldığım günlərdən başlayıb. Düzdür, onda mən onunla birbaşa görüşməmişdim. Amma Siyasi Büro üzvlərinin şəkillərinin içərisində ikinci yerdə Heydər Əliyevimizin şəklini görəndə bütün azərbaycanlılar fəxr edirdilər. Bizə hamı hər yerdə Heydər Əliyevçilər deyirdilər. Biz bununla fəxr edirdik. Heydər Əliyevi hakimiyyətə xalq gətirdi. Azərbaycan xalqı düşdüyü bəladan çıxmaq üçün yalnız və yalnız Ulu Öndəri rəhbərlikdə görə bilərdi və görürdü də. Ulu Öndər çox ağır vəziyyətdə olan Azərbaycanı xilas etmək üçün özünü qurban verdi. Gecəsini gündüzünə, gündüzünü gecəsinə qatırdı, Naxçıvanda gecə lampa işığında işləyirdi, soyuqda Azərbaycanı belə bir ağır vəziyyətdən çıxarmaq yollarını araşdırırdı. Hakimiyyətə gələndən sonra Heydər Əliyev məni dəvət etdi və Suraxanıda vəziyyətin çox ağır olduğunu deyərək, məni bu rayonun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin etdi. İnsanın həyatında elə bir hal olur ki, o hal insanın ən xoşbəxt günü sayılır. Mənim də ən xoşbəxt günüm Heydər Əliyevlə əl-ələ salamlaşmağım olub. Suraxanıda işlədiyim vaxt Heydər Əliyevimiz və Siz Amerikadan qayıtmışdınız.

Prezident İlham Əliyev: Müalicədən qayıtmışdı, 1999-cu il, yadımdadır o günlər, xatırlayıram.

Hacıbala Abutalıbov: Bəli, qurbanlar kəsilirdi. Üç gündən sonra Yeni Suraxanıya gəldi, Heydər Məscidini açdı, bir aydan sonra məni kabinetə dəvət etdi və dedi ki, indi səni Baş Nazirin müavini təyin edirəm. Bir ildən sonra məni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin etdi. Bakı Şəhər İcra Hakimiyyətində Siz dediniz, düz 17 il yarım işlədim. Heydər Əliyevin böyük arzusu var idi: Bakı təmizlənməlidir, Bakı abadlaşmalıdır, Bakı yaşıllaşmalıdır, Bakı gül-çiçəyə çevrilməlidir. Gecə 3-də, 5-də zəng edirdi, yatmağı yox idi, gecəsi-gündüzü yox idi. Sonra Sizin hakimiyyətiniz dövründə işlədim. Sizin göstərişlərinizin, Bakının belə gözəl vəziyyətə çatdırılması üçün Sizin arzularınızın yerinə yetirilməsində əlimdən gələni edə bildim. Bakı gözəlləşdi və Siz də həmişə demisiniz və deyirsiniz ki, Bakı dünyanın ən gözəl şəhəridir. Əgər Heydər Əliyevimiz Azərbaycan dövlətini yaratdısa, dövlətçiliyin banisidirsə, Siz inkişaf etmiş Azərbaycanın banisisiniz. Azərbaycanda sabitliyin qiyməti yoxdur. Çox sağ olun ki, Azərbaycan belə bir inkişafdadır. Minnətdarlığımı bildirirəm.

Prezident İlham Əliyev: Sağ olun, Hacıbala müəllim.

Hacıbala Abutalıbov: Çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Baş Nazirin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib YENİLƏNİB VİDEO

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı proses təxrə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub

"Çelsi"də mövsümün ən yaxşı oyunçusu bəlli olub

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub