Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Quba, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 11-də Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdilər.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi. Qeyd olundu ki, Quba Rayon Mərkəzi Xəstəxanası 1964-cü ildə istifadəyə verilib, lakin uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina istismara yararsız vəziyyətdə idi. 230 çarpayılıq yeni xəstəxana binasının tikintisi ilə əlaqədar 2015-ci ildə başlayan inşaat işləri bu ilin sentyabrında başa çatdırılıb. Xəstəxana binasında müasir tibbi avadanlıq quraşdırılıb. Cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya şöbələrinin yaradıldığı bu tibb müəssisəsində LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Perinatal Mərkəz də fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsi və digər yardımçı sahələr üçün binalar inşa olunub.

Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir. Bu cür müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız Quba sakinlərinə deyil, eyni zamanda, region əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verir. Onu da deyək ki, 2004-2018-ci illərdə ölkə üzrə 17 şəhər və rayonda mərkəzi xəstəxanalar yenidən tikilib. Bu illər ərzində regionlarda yerləşən 28 xəstəxana binası əsaslı təmir olunub. Artıq Goranboy, Qazax, Qobustan və Şəmkir rayon mərkəzi xəstəxanalarının tikintisi də başa çatdırılıb, Abşeron Füzuli və Qəbələ rayon mərkəzi xəstəxana binalarının inşası isə davam edir.

Sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Bu gün Quba şəhərində çox əlamətdar bir gündür. Qubada Mərkəzi Rayon Xəstəxanası açılır. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu, çox gözəl tibb müəssisəsidir, ən yüksək, müasir standartlara cavab verir. Həm xarici görünüşü, həm daxili tərtibatı və dizaynı çox gözəldir. Əlbəttə ki, burada quraşdırılan tibbi avadanlıq ən yüksək standartlara malikdir. Əminəm ki, burada xəstələrə çox gözəl tibbi xidmət göstəriləcək və xəstələr şəfa tapacaqlar.

Bu tibb müəssisəsi həkimlərin iş yeridir və həkimlərin iş yeri belə gözəl səviyyədə olmalıdır. Bu xəstəxanada bütün şöbələr var. Burada bütün xəstəliklərin müalicəsi mümkündür. Eyni zamanda, diaqnostikası da mümkündür. Onu da deməliyəm ki, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Quba şəhərində müalicə-diaqnostika mərkəzi yaradılmışdır. Bu xəstəxana Qubada ikinci böyük tibb müəssisəsidir. Əminəm ki, Quba sakinləri bu imkanlardan istifadə edəcəklər.

Belə müasir xəstəxananın bölgədə yaradılması bizim siyasətimizi göstərir. Bu gün Azərbaycanın bütün bölgələrində, hər bir rayonunda müasir tibb müəssisəsi yaradılıb və yaradılır. Bu il altı şəhərdə yeni böyük xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulurdu. Artıq ikinci xəstəxana bu gün istifadəyə verilir. Bundan əvvəl Naftalan şəhər xəstəxanası istifadəyə verilmişdir. İlin sonuna qədər dörd xəstəxananın tikintisinin başa çatması nəzərdə tutulur. Gələn il dörd şəhər xəstəxanası istifadəyə veriləcək, yaxud da ki, tikintisi davam etdiriləcək. Beləliklə, Azərbaycanda bir dənə də şəhər qalmayacaq ki, orada ən müasir xəstəxana olmasın. Nəhayət, biz ölkəmizin səhiyyə sahəsinin maddi-texniki bazasının yaradılmasının tamamlanmasını görəcəyik. Bu, doğrudan da böyük hadisədir. Çünki bu gün ölkəmizdə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlir, imkanlar artır. Biz bu imkanlardan istifadə edib bu gün vətəndaşlara çox gözəl xidmət göstərə bilirik. Siz bilirsiniz ki, bir neçə ildir ölkəmizdə müayinədən keçmə - diaqnostika aparılır. Bu il beş milyondan çox insan bu imkanlardan istifadə edib. Onların bəzilərində olan xəstəliklər aşkarlanıb, onlara tibbi xidmət göstərilib, tövsiyələr verilib. Əgər ciddi xəstəlik varsa, onda onlar Bakı şəhərinə göndəriliblər.

Son 15 il ərzində Azərbaycanda 600-dən çox yeni tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu, bizim insanların sağlamlığına verdiyimiz böyük töhfəmizdir. İnsanların sağlamlığı ən vacib məsələdir. Bu gün statistikaya, Dünya Səhiyyə Təşkilatının hesablamalarında Azərbaycanın artan reytinqinə baxdıqda görürük ki, bu sahədə çox yaxşı nəticələr var. Azərbaycanda insanların ömrünün uzunluğu artır, körpə-ana ölümü azalır. Əlbəttə ki, bu istiqamətdə daha da böyük addımlar atılacaq. Amma prinsipcə, səhiyyə sisteminin maddi bazasının yaradılması prosesi başa çatmaq üzrədir.

İnsan sağlamlığını şərtləndirən bir çox amillər var. Onların arasında, ilk növbədə, sağlam həyat tərzidir. Mən bütün vətəndaşlara buradan müraciət edirəm ki, sağlam həyat tərzi hər bir vətəndaş üçün əsas prinsip olmalıdır. Diaqnostika, əlbəttə ki, çox vacib rol oynayır. Bu gün ölkəmizdə mövcud olan laboratoriyalar bütün analizləri edə bilər. Vətəndaşlar hər il kütləvi şəkildə müayinədən keçirlər və beləliklə, ciddi xəstəliklərin qarşısı alınır. Profilaktika çox önəmli rol oynayır. Digər tərəfdən, ölkəmizin ekoloji vəziyyəti, əlbəttə ki, insanların sağlamlığına birbaşa təsir göstərir. Bu istiqamətdə də çox vacib addımlar atılır. Havanı çirkləndirən müəssisələrdə, ictimai obyektlərdə təmizləyici qurğular quraşdırılır. İçməli su layihələri uğurla icra edilir, o cümlədən Quba şəhərində beş il bundan əvvəl mənim iştirakımla içməli su layihəsi istifadəyə verilmişdir. İndi müvafiq qurumlar qida təhlükəsizliyi ilə bağlı çox ciddi məşğuldurlar. Keyfiyyətsiz, bəzi hallarda saxta üsullarla hazırlanan qidalar aşkarlanır. Bu cinayətlərə yol verənlər isə cinayət məsuliyyətinə cəlb edilir. İdman, əlbəttə ki, insanların sağlamlığı üçün çox önəmli bir amildir. İdmanla məşğul olmaq üçün indi ölkəmizdə bütün şərait var.

Yəni, biz bu sahəyə kompleks şəkildə yanaşırıq. Səhiyyə sisteminin təkmilləşdirilməsi sosial siyasətimizin əsas istiqamətlərindən biridir və bu yolda çox böyük addımlar atmışıq, böyük uğurlara imza atmışıq. Onlardan biri də bu gözəl tibb müəssisəsidir.

Quba şəhərinin inkişafına həmişə böyük diqqət göstərilmişdir. Mən Prezident kimi, Quba rayonuna 10 dəfə səfər etmişəm. Bu, 11-ci səfərdir. Səfərlər zamanı bir çox obyektlərin açılışlarında iştirak etmişəm. Quba rayonunun inkişafı ilə bağlı çox ciddi tapşırıqlar verilmişdir. Onlar da uğurla icra edilir. Rayonda infrastruktur layihələri icra edilir. Mən içməli su layihəsini qeyd etdim. Bir neçə il bundan əvvəl “Şahdağ” elektrik stansiyasının tikintisi nəticəsində nəinki Quba rayonunun, bütün bölgənin elektrik təminatı böyük dərəcədə yaxşılaşıb. Avtomobil yollarının çəkilməsi davam etdirilir. Bu gün biz bir kənd yolunun açılışını qeyd etdik. Quba rayonunun əksər kəndlərində yollar artıq yaxşı vəziyyətdədir. Qalan layihələr də növbəti illərdə icra ediləcək. Digər infrastruktur layihələri ilə bağlı addımlar atılır. Ev təsərrüfatlarının 75 faizi təbii qaz ilə təmin edilib. Qırx səkkiz məktəb tikilib, yeddi məktəb əsaslı təmir edilib. “ASAN xidmət” mərkəzi yaradılıb, Gənclər evi, Şahmat məktəbi. Yəni, Quba şəhərində bir çox sosial və iqtisadi-sənaye obyektləri yaradılır, o cümlədən “Azərxalça” İstehsalat Birliyinin Quba filialı. Yəni, iş yerlərinin yaradılması, turizmin inkişafı üçün addımlar atılır. İndi Qubada turistlərin sayı da artır, həm yerli, həm xarici qonaqlar gəlirlər, yeni otellər açılır. Bu gün mən yeni tingçilik müəssisəsinin fəaliyyəti ilə tanış olmuşam. Kənd təsərrüfatının inkişafı üçün bunun çox böyük əhəmiyyəti olacaq.

Ona görə Quba rayonunun kompleks şəkildə inkişafı diqqət mərkəzindədir. Sosial-infrastruktur layihələrimiz, iş yerləri ilə bağlı olan layihələr, turizm, kənd təsərrüfatı. Rayon bu istiqamətdə bundan sonra da inkişaf edəcək. Əlavə göstərişlər də veriləcək. Mən daim rayonlardan gələn təkliflərə baxıram və o təkliflərin böyük hissəsi öz həllini tapır. Biz bunları regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində icra edirik.

Növbəti layihələr haqqında da sizə məlumat vermək istəyirəm. Quba şəhərində 5 kommunal ev var. O evlərin vəziyyəti o qədər də yaxşı deyil. Onların əvəzinə 48 mənzilli yeni yaşayış binası tikiləcək. Bu məsələ ilə bağlı müvafiq göstəriş veriləcək. Bir məktəbin tikintisi üçün əlavə vəsait ayrılacaq və kənd yollarının çəkilişi ilə bağlı əlavə tapşırıqlar veriləcək, o cümlədən Quba-Xınalıq yolunun yeni xətti çəkiləcək. Siz bilirsiniz ki, mənim təşəbbüsümlə təqribən on il bundan əvvəl biz Xınalığa yeni yol çəkdik. Artıq on il, bəlkə on ildən bir qədər çox vaxt keçib və bu yolun təmirinə ehtiyac var. Eyni zamanda, mənə verilən məlumata görə, yeni bir istiqamət var. Susay kəndindən Xınalıq kəndinə yeni yolun çəkilişi planlarımızdadır. O, 30 kilometrlik yoldur, eyni zamanda, o yoldan Qrız kəndinə də təxminən 5 kilometrlik bir yol çəkiləcək. Müvafiq göstəriş veriləcək.

Eyni zamanda, Quba-Qonaqkənd yolunun tamamilə yenidən qurulması ilə bağlı müvafiq göstəriş veriləcək. Bu yolun bir hissəsi Rustov kəndinə qədər artıq tikilib. Rustov kəndindən Qonaqkəndə qədər, düzdür, məsafə çox böyükdür və çox böyük maliyyə tələb edən layihədir. Ancaq biz bunu etməliyik. Çünki o yol üzərində bir çox kəndlər var, minlərlə insan yaşayır və indi yol, əlbəttə ki, çox pis vəziyyətdədir. Yəni, belə yol bizə yaraşmır.

Bax, bu layihələr növbəti mərhələdə icra ediləcək. Vəsait dərhal ayrılacaq. Digər layihələrlə bağlı, əlbəttə ki, vətəndaşlar, Quba rayonunun sakinləri müraciət etsinlər. Çünki biz indi regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının üzərində işləyirik. Dördüncü proqram gələn ilin əvvəlində qəbul ediləcək və bu gün Quba rayonunda hələ öz həllini tapmayan layihələr o proqrama salınmalıdır və salınacaq.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.

x x x

Xəstəxananın kollektivi adından dövlətimizin başçısına minnətdarlığını bildirən həkim Kəmalə HEYBƏTOVA dedi:

-Möhtərəm cənab Prezident və çox hörmətli Mehriban xanım.

İcazə verin, Quba rayonunun sakinləri adından Sizləri salamlayım və rayonumuza “Xoş gəlmisiniz!” deyim.

Bu gün bizim üçün çox əlamətdar bir gündür. Quba Diaqnostika Mərkəzindən sonra rayonumuzda möhtəşəm bir tibb ocağı Sizin xeyir-duanızla istifadəmizə verilir. Siz hər bir zaman çalışmısınız ki, dünya tibb sahəsində əldə edilən ixtiralar və yeniliklər Azərbaycanda da tətbiq olunsun. Bu, bir reallıqdır. Təkcə paytaxt Bakımızda deyil, respublikanın bütün bölgələrində ən müasir tibbi avadanlıqlarla təmin olunan səhiyyə ocaqları tikilir. Bəli, biz bu gün Quba Rayon Mərkəzi Xəstəxanasının timsalında bunun bir daha şahidi oluruq. Buna görə əhalimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, çalışacağıq vicdanla işləyək, əhalimizə layiqli tibbi xidmət göstərək, Sizin insan amilinə verdiyiniz dəyərə layiqli töhfəmizi verək.

Cənab Prezident, bilirik ki, insanların sağlamlığı Sizin və çox hörmətli Mehriban xanım üçün prioritet bir məsələdir. Biz hər birimiz Sizin diqqət və qayğınızı hər zaman öz üzərimizdə hiss edirik. Vətəndaşlarımızın ildə bir dəfə pulsuz tibbi müayinələrdən keçirilməsi buna bariz nümunədir. Tapşırığınıza əsasən aparılan tibbi müayinələr zamanı hətta özünü sağlam bilən bir çox insanda bəzi xəstəliklərin ilkin simptomlarını aşkar etmişik. Əgər bu insanlar vaxtında müayinə olunmasaydılar, daha ağır fəsadlarla üzləşə bilərdilər. Bu xəstəxanada bu cür tibbi müayinələr daha mütəşəkkil və daha yaxşı keçiriləcəkdir. Bu, bir mədəniyyətdir və bu mədəniyyəti bizə Siz aşıladınız. Bunun üçün Sizə bir daha dərin minnətdarlığımızı bildiririk.

Sizin bizə olan qayğınız təkcə bununla bitmir. Bütün bölgələrimiz kimi, Quba rayonu da gündən-günə gözəlləşir və sürətlə inkişaf edir. Bu gün Qubada insanların əhval-ruhiyyəsində bir yüksəliş, rayonumuzda bir canlanma hiss olunur. Küçələr abadlaşır, parklar, xiyabanlar salınır. Beynəlxalq standartlara uyğun turizm obyektləri fəaliyyət göstərir. Bəli, bu gün fəxrlə deyə bilərik ki, Quba bölgənin turizm mərkəzinə çevrilib. Heç də təsadüfi deyil ki, rayonumuz turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Bütün bunlar Sizin fəaliyyətinizin sayəsində mümkün olub.

Cənab Prezident, Siz və Mehriban xanım hər bir azərbaycanlı üçün Vətəni sevməyin, xalqına, dövlətinə layiqli xidmətin nümunəsisiniz. Vətən qarşısında öz xidməti borcunu yerinə yetirən oğlunuz Heydərin andiçmə mərasimində iştirakınız buna bariz nümunədir.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bir kursantının anası kimi bu hisslər mənə çox doğmadır. Sizə bir daha dərin minnətdarlığımızı bildiririk. Allah Sizi və ailənizi qorusun. Çox sağ olun, var olun.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib YENİLƏNİB 2 VİDEO

Son bir il ərzində sabit genişzolaqlı internetin median sürəti 2 dəfə artıb

Qətər hava məkanını yenidən açıb

Ukrayna Prezidentinə qarşı növbəti sui-qəsd cəhdinin qarşısı alınıb

KDÇ: PSJ 1/8 finalda, “Atletiko Madrid” qrupda qalıb

Ərəb Dövlətləri Liqası İranın Qətərdə yerləşən hərbi bazaya hücumunu pisləyib

Qətər İranın hücumuna beynəlxalq hüquqa uyğun şəkildə birbaşa cavab vermək haqqını özündə saxlayır

Sumqayıt şəhərindən nümayəndə heyəti Avstriyanın Lints şəhərindədir

Fars körfəzi üzərində hava məkanının bağlanması nəticəsində Bakıdan uçan bir sıra reyslərin marşrutu dəyişib

Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib

Bakı-Dammam marşrutu üzrə aviareysi yerinə yetirən təyyarə Bakı hava limanına geri qayıdıb

Ankarada AFAD Türkiyə əməkdaşları Azərbaycan FHN adından mükafatlandırılıb

Azərbaycanın FIFA referisi Avropa çempionatının yarımfinal oyununa təyinat alıb

İranın ABŞ aviabazasına endirdiyi zərbədə heç bir itki qeydə alınmayıb

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının üzvləri sanatoriya göndərişlərini elektron qaydada ala bilərlər

NYT: İran Qətərə ABŞ aviabazasına planlaşdırılan hücumla bağlı əvvəlcədən xəbərdarlıq edib

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası ilk Həmkarlar İttifaqı üzvləri ilə görüş keçirib

ABŞ-ın Bəhreyn, Küveyt və Qətərdəki bazaları həyəcan vəziyyətindədir

“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub

İRİB: İran Qətərdə ABŞ-ın Əl-Udeyd bazasına qarşı əməliyyata başlayıb

Müharibə dövründə Azərbaycanın cəbhə xəttindən uzaq şəhərlərinin bombalanması əmrinin Ermənistanın siyasi-hərbi rəhbərliyi tərəfindən verilməsi məhkəmədə bir daha təsdiqlənib

MEDİA könüllüləri üçün növbəti peşəkar inkişaf təlimi keçirilib

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını qınayıb

Meksikalı diplomatlar İrandan Azərbaycana təxliyə edilib

XİN: Ermənistanın tarixi faktları saxtalaşdırmaq cəhdi onun sülh prosesinə xələl gətirmək səylərinin daha bir nümunəsidir

Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində qanunsuz məskunlaşma aparılmasını Arayik Harutyunyan da təsdiqləyib

“Yaşayan Əfsanə” tituluna sahib Böyük Usta Samuel Kvoku ilə görüş

® “Richmond Properties” Bakıda keçirdiyi təqdimatı böyük regional rəğbətlə yekunlaşdırdı

Gənclər Fondu qrant müsabiqəsi elan edir

ADSEA əməkdaşları Azərbaycanı Sinqapurda keçirilən beynəlxalq sammitdə təmsil edirlər

AQTA və Çinin Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş keçirilib

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib - MÜSAHİBƏ

COP29 Sədrliyi London İqlim Həftəsində iştirak edir

Serbiya silah-sursat ixracını dayandırıb

İtaliya İrandakı səfirliyini Omana köçürə bilər

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır VİDEO

Saatlıda bostan məhsullarının bir qismi xarici bazarlara satılır VİDEO

Kolumbiya mətbuatı: Azərbaycan - qlobal diqqətin yeni mərkəzi

İKT sahəsində qadın liderlərlə interaktiv görüş

Məktəb psixoloqu vəzifəsinə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayır

“2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclas keçirilib

BDU-nun 10 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun oldu

Çindən gələn elektromobillərin sayı azalıb VİDEO

Çindən gələn elektromobillərin sayı azalıb VİDEO

Şəmkirdə növbəti hüquqi yardım aksiyası keçirilib

"Liverpul" macarıstanlı futbolçu ilə anlaşıb

İqtisadiyyat nazirinin müavini Zaqatalada vətəndaşlarla görüşüb

Gürcüstanda müxalif koalisiyanın üç üzvü həbs olunub

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Kənd təsərrüfatı naziri Qırğızıstanda heyvandarlıq və balıqçılıq təsərrüfatları ilə tanış olub

NATO-nun Haaqa sammitinin gündəmində müdafiə xərclərinin artırılması, Ukrayna və İran məsələləri var

Səbail rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

Qazaxıstan İrandan və İsraildən 296 vətəndaşını təxliyə edib

Türkiyə turizm reytinqində dünyanın ilk dörd ölkəsi siyahısına daxil oldu

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları ilə görüş keçirilib

Azərbaycan boksçuları Qazaxıstanda keçiriləcək Dünya Kubokunda iştirak edəcəklər

Baş Prokurorluqda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub

Maliyyə Nazirliyində dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Sabahdan magistraturanın jurnalistika üzrə ixtisaslaşmalarına qabiliyyət imtahanı başlanır

Türkiyə təhsil sistemində süni intellekt tətbiqini genişləndirməyi planlaşdırır

SHXÇDX-nin şöbə rəisi: Xəbərdar edilmiş vətəndaş vaxtında qeydiyyatda olduğu struktur bölməmizə yaxınlaşmasına görə məsuliyyət daşıyır

Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edib

Qazaxıstan XİN vətəndaşları Yaxın Şərqə səfər etməzdən əvvəl riskləri nəzərə almağa çağırıb

Miniatür emalatxanası – detallardan hərəkət edən prototiplərə qədər ... Azərbaycan Modelçilər Klubundan REPORTAJ

“Internews Pakistan” Laçın Zirvəsinin əhəmiyyəti fonunda Azərbaycan-Pakistan münasibətlərindən yazıb

UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO

UFC əfsanəsi Bakıya heyran qaldı: İnanılmaz bir yerdir VİDEO

TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB  VİDEO

TKTA tərəfindən BDU-da ali təhsil müəssisələri üçün “Keyfiyyətə doğru addım: akkreditasiya prosesinə hazırlıq” seminarı keçirilib YENİLƏNİB VİDEO

Folklor İnstitutunda müasir elmi yanaşmalar əsasında milli kulinariya ənənələri araşdırılacaq

Media: ABŞ İsrailin münaqişəyə son qoymaq niyyətini İrana çatdırıb

Naxçıvanda Dövlət Proqramı çərçivəsində səhiyyə sahəsində bir sıra önəmli layihələr icra olunub

Ekspert: “Bakıdan Belemə Yol Xəritəsi” ədalətli keçid və effektiv maliyyələşmə üzərində qurulmalıdır

Tanınmış futbolçu karyerasını başa vurub

Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti qızıl medalla təltif olunub

İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi VİDEO

İƏT çərçivəsində ilk dəfə Qərbi Azərbaycanla bağlı qətnamə qəbul edildi VİDEO

“Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günü təşkil olunub

İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var VİDEO

İqor Qrosu: Azərbaycanın Moldovada çox aktiv diasporu var VİDEO

Dövlət Xidməti: Kiberməkanda genişmiqyaslı məlumat sızması baş verib

Tural Əhmədov: Bu il məktəbəqədər təhsil sahəsində kadr hazırlayan ali məktəblərdə qiymətləndirmələr keçirmişik

AMEA-da akademik Ziyad Səmədzadənin 85 illiyi qeyd olunub

“AzerGold”un sikkələri Honkonq Beynəlxalq Numizmatika Sərgisində təqdim olunub

MMA üzrə mütəxəssis Azərbaycan idmançılarının Bakıdakı UFC turnirində çıxışını dəyərləndirib

BDU-nun rektoru: Ali təhsil müəssisələri arasında rəqabət obyektiv nəticələr əsasında aparılmalıdır

“Qal, sənə qurban” mahnısının erməniəsilli müğənni tərəfindən mənimsənilməsi aradan qaldırılıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycan gimnastı İspaniyada bürünc medal qazanıb

Azərbaycanın 4 boksçusu Gürcüstandakı turnirdə iştirak edəcək

İTSDA: Qızılcanın diaqnostikası və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

Bakıda beynəlxalq ekspertlər konfransı keçirilir

Rusiyada təhsillərini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib

ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib

Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsi hər bir türkün qəlbində iftixar və qürur hissi doğurur ŞƏRH

Bakıda keçirilən döyüş gecəsi UFC turnirinin tarixinə düşüb

A Seriyasına yüksələn klub Mario Balotellini istəyir

Beynəlxalq şirkətlə Azərbaycana investisiya qoyuluşunun artırılmasını nəzərdə tutan müqavilə imzalanıb

525 nömrəli marşrutda istismar olunan avtobusların yenilənməsinə başlanılıb

Macarıstanda hökumətin səylərinə rəğmən doğum səviyyəsi azalır

Azərbaycan dilindən imtahan verəcək abituriyentlərin və şagirdlərin nəzərinə

“Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edib

İri neft tankerləri Hörmüz boğazından yan keçmək üçün marşrutu dəyişir

ABŞ-ın İrana zərbələrinin ardından Aİ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir

BDU və KOBİA-nın əməkdaşlığı çərçivəsində universitetdə EkoEnerji Məntəqəsi açılıb

AzMİU ilə Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə olunub