Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyev. Siyasət olimpinə və Qarabağ Zəfərinə gedən uğur yolu FOTOKOMPOZİSİYA VİDEO

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 60 illik yubileyini ərazi bütövlüyü təmin olunmuş ölkənin, qalib xalqın lideri kimi qeyd edir

Bakı, 24 dekabr, AZƏRTAC

Azərbaycanın taleyinə görə məsuliyyət İlham Əliyevin üzərinə gənc yaşlarında düşmüşdü. Prezident seçiləndə 42 yaşı vardı. Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli missiyanın öhdəsindən heyrətamiz dərəcədə bacarıqla gələn İlham Əliyevin həyatı, keçdiyi ömür yolu bir uğur hekayəsidir. Moskvada təhsil illəri, çətin neft danışıqları, hər günü tarixə yazılan 18 illik prezidentlik dövrü...

AZƏRTAC müasir dünya liderləri arasında yüksək intellekti, diplomatik məharəti, xüsusi natiqlik bacarığı ilə seçilən, adı tariximizə islahatçı lider, inkişaf etmiş Azərbaycan dövlətinin qurucusu kimi yazılan Prezident İlham Əliyevin bənzərsiz həyat yolunun bəzi məqamlarına nəzər salır.

X X X

Doğulduğu və yaşadığı ev, oxuduğu 6 saylı orta məktəb. Bakıdakı bu məşhur məktəbdə ona dərs deyən müəllimlərin çoxu həyatda yoxdur. Amma xatirələr qalır.

    

İlham Əliyevə dərs demiş Emma Kazımovanın xatirələrindən: O vaxt sinifdə güclü kontingent vardı. Uşaqlar bir-birinə baxıb daha səylə çalışırdılar, böyük rəqabət yaranırdı. Bizə qalsaydı, hər dəfə İlhama əla qiymətlər yazardıq. Çünki doğrudan əla oxuyurdu. Mənə deyirdilər, əlbəttə, atası o cür vəzifədədir, ona beş yazmayıb da, nə edəcəksiniz? Amma qətiyyən belə deyildi. Heydər Əliyev bir dəfə də olsun qiymətlə bağlı hansısa müəllimə bir söz deməyib və ya kiminləsə xəbər göndərməyib.

Emma müəllimənin sözlərinə görə, oğlu məktəbi bitirəndə Heydər Əliyev bütün ailə üzvləri ilə buraxılış gecəsinə gəlmişdi. Bu gözlənilməz hadisə məktəbdə gözəl bayram əhval-ruhiyyəsi yaratmışdı: “Əlbəttə, o zaman heç kəs deyə bilməzdi ki, bu şagird mütləq prezident olacaq. Sadəcə, savadlı, ağıllı, tərbiyəli idi, neçə xarici dil bilirdi, bundan danışırdıq. Biz onların ailəsinə həsəd aparırdıq. Bilirsiniz, çox nadir ailələrdə belə tərbiyə, sadəlik olur. Çox az uşağa bu cür ailədə böyümək nəsib olur”.

Qeyri-rəsmi xasiyyətnamə təsiri bağışlayan bu səmimi, isti sözlər İlham Əliyevin necə şagird olduğunu göz önündə canlandırır.

 

      

Məktəbin indiki direktoru Əməkdar müəllim Gülşən Orucovanın dediklərindən:

Məktəbimiz hər zaman öz məzunları ilə qürur duyub. Təbii ki, ən çox qürur duyduğumuz məzunumuz Prezident İlham Əliyevdir. Bu bizim üçün nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. 2011-ci ildə təhsil müəssisəsinin yenidənqurmadan sonra açılış mərasimində iştirak edən Prezident İlham Əliyev vaxtilə ona dərs deyən müəllimləri ilə görüşdü, onlarla səmimi söhbət etdi, məktəb illəri ilə bağlı təəssüratlarını bölüşdü.

Müəllimlərinin dediyinə görə, İlham Əliyev heç vaxt sinif yoldaşlarından seçilməyib və daim onların yanında olub. Ümummilli lider Heydər Əliyev və Zərifə xanım hər zaman məktəblə əlaqə saxlayıb, müəllimlərlə sıx ünsiyyət qurub, övladlarının dərsləri ilə maraqlanıblar. Ulu Öndərimiz iki dəfə - İlham Əliyevin buraxılış gecəsində və 2001-ci ildə Bilik Günündə 6 nömrəli məktəb-liseydə olub. Bir maraqlı məqamı da qeyd edim ki, məktəb vinetkasında İlham Əliyevin şəkli birinci sırada beşinci yerdədir. Bu da sadəliyin, səmimiliyin nümunəsidir.

Məktəbin müəllimi Zarema Almazovanın xatirələrindən: Prezidentimiz İlham Əliyevlə 6 nömrəli məktəbdə eyni vaxtda oxumuşuq. Onu hər zaman tənəffüslərdə sinif yoldaşlarının yanında görürdüm. Çox sadə, üzügülər və mehriban oğlan idi. Hər zaman məktəbli formasında olardı və heç vaxt başqalarından seçilməzdi. Anam Emma xanım Prezidentimizə biologiya fənnindən dərs deyib. Məktəb illərini xatırlayanda həmişə deyirdi ki, İlham Əliyev sinif yoldaşları ilə çox mehriban davranırdı, onlarla gözəl ünsiyyət qururdu. Birinci katibin oğlu olmasına baxmayaraq, özünü çox sadə, səmimi aparırdı, dərslərini yaxşı oxuyurdu.

X X X

İlham Əliyev Moskvaya ali məktəbə sənəd verməyə gedəndə hələ 16 yaşı tamam olmamışdı. Bu yaşda pasport verilmədiyi üçün arayışla getməli oldu. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) ən gənc tələbəsi adını qazandı.

İlk müstəqil həyat və ünsiyyət təcrübəsinə burada yiyələndi. İnstitutu bitirəndən sonra SSRİ-nin xarici ölkələrindən birində səfirliyə təyinat alsa da, institutda qalmağı üstün tutdu. Aspiranturaya daxil oldu, dissertasiya müdafiə etdi, 23 yaşında alma-materdə müəllim işləməyə başladı. Adı bu məşhur ali məktəbin tarixinə ən gənc müəllim kimi düşdü.

Ümumiyyətlə, İlham Əliyevin həyatının 15 ili MDBMİ ilə bağlı olub. Həmin dövrü unudulmaz illər adlandıran İlham Əliyev Rusiya telekanallarına müsahibəsində belə deyirdi: Tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Həmin illər mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi.

Bu nüfuzlu institut da, öz növbəsində, məzunları arasında ilk Prezident olan İlham Əliyevlə qürur duyur.

MDBMİ-nin sabiq rektoru Nikolay Lebedevin dediklərindən: Mən İlham Əliyevə həmişə beş vermişəm. O, bu qiymətə çiçəklənən dövlətin rəhbəri kimi də layiqdir.

X X X

Azərbaycan müstəqilliyin ilk illərində ağır iqtisadi-sosial böhran yaşayırdı. Dövlət xəzinəsi boş olduğundan heç bir iş görmək mümkün deyildi və ümid yalnız dəniz neftinə idi. Buna görə də Ulu Öndər hər vəchlə xarici şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb etməyə çalışırdı.

Tərəflərin hər biri öz marağında israr etdiyi üçün danışıqlar çətin gedirdi. 1994-cü ilin martında Bakıda başlayan danışıqlar sonralar İstanbulda və Hyustonda davam etdirildi. Qarşı tərəf çox ağır şərtlər irəli sürürdü. Bundan sonra Ulu Öndər o vaxt Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində işləyən İlham Əliyevi Vaşinqtona göndərdi. O, beynəlxalq hüquq məsələləri sahəsində dərin biliyi, opponentləri inandırmaq bacarığı sayəsində məsələni yoluna qoya bildi.

Müşahidələr göstərir ki, İlham Əliyev şəxsi xidmətlərini qabartmağı xoşlamır. Neft danışıqlarında iştirakı barədə də nadir hallarda danışır. Neft Daşlarının 70 illik yubileyindəki çıxışında yalnız onu dedi ki, ABŞ-ın Hyuston şəhərində bir aydan çox davam edən danışıqlar həlledici rol oynadı: “Dövlət Neft Şirkətinin rəhbərliyi - bizim dostumuz rəhmətlik Natiq Əliyev, Xoşbəxt Yusifzadə, Valeh Ələsgərov, mən və digər əməkdaşlar çalışırdıq investorları inandıraq ki, Azərbaycana sərmayə qoymaq olar, sərmayə qoymaq lazımdır və Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək. Belə də oldu. “Əsrin kontraktı”nın icrasına qoyulmuş sərmayə artıqlaması ilə qaytarıldı. Xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər. Azərbaycan dövləti yüz milyard dollardan çox gəlir əldə etdi”.

        

   

Danışıqların iştirakçısı olmuş Xoşbəxt Yusifzadənin dediklərindən: “O vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi”.

“Əsrin müqaviləsi” adını almış həmin neft kontraktı Azərbaycanı inkişaf yoluna çıxardı, bütövlükdə ölkənin sonrakı taleyində həlledici rol oynadı. Bu il sentyabrın 18-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 4 milyardıncı barel neft hasil edilib. 2021-ci ilin noyabrına olan məlumata görə, Neft Fondunun AÇG layihəsi üzrə gəliri 154 milyard 670 milyon dolları ötüb.

X X X

On səkkiz il əvvəl Azərbaycan zamanın yeni çağırışı ilə üz-üzə qalarkən xalq öz gələcək taleyini Ulu Öndərimizin siyasi varisi İlham Əliyevə etibar etdi və bu inamında yanılmadı. Bu illər ərzində istər iqtisadi-sosial, istərsə də idarəçilik sisteminin təkmilləşdirilməsi və islahatların dinamizmi baxımından Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmayıb.

Son 18 ildə Azərbaycan modernləşərək yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Gözlərimiz qarşısında baş verən bu misilsiz inkişaf xalqın rifahının yüksəlməsi, mövcud problemlərin həlli ilə müşayiət olunub, dövləti və xalqı vahid platformada birləşdirib.

Qlobal miqyasda baxılarsa, məsələ heç də təbii sərvətlərdə deyil. Nefti və qazı Azərbaycandan qat-qat çox olan ölkələr var ki, yoxsulluq və səfalət içərisində yaşayır. Söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. Yaxın və uzaq tarixdən buna çoxlu misallar gətirmək olar. Praqmatizm, çevik və məqsədyönlü dövlət siyasəti, uzaqgörənlik və həlledici anlarda qəti qərarlar qəbul etmək bacarığı, yüksək idarəçilik məharəti və humanistlik - bütün bunlar Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətləridir. Azərbaycanın inkişafı, milli maraqlarımızın yüksək səviyyədə qorunması və təmin edilməsi dövlətimizin başçısının bu və digər ali keyfiyyətləri sayəsində mümkün olub.

İlham Əliyev Prezident seçildiyi ilk gündən deyib ki, ulu öndər Heydər Əliyevin siyasətini davam etdirəcək. Deyib ki, hər bir vətəndaşın Prezidenti olacaq. Deyib ki, biz öz torpaqlarımızın işğalı ilə heç vaxt barışmayacağıq, Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaradılmasına yol verməyəcəyik. Bu və digər vədlərin hər biri əməli işlərlə tamamlanıb.

Nəticə göz qabağındadır: Azərbaycan heç vaxt tarixdə bu qədər güclü və qüdrətli olmayıb. Qazanılan uğurlar sırasında Qarabağ Zəfəri xüsusi yer tutur. Prezidentimiz iqtisadiyyatı və ordumuzu gücləndirərək, diplomatik müstəvidə illər boyu yorulmadan fəal və təsirli iş apararaq, xalqımızı öz ətrafında yumruq kimi birləşdirərək Qələbəni addım-addım yaxınlaşdırdı. Ulu Öndərin vəsiyyətini yerinə yetirərək bizi doğma Qarabağımıza qovuşdurdu. Azərbaycanı qalib ölkəyə çevirdi, adını tariximizə qızıl hərflərlə yazdırdı. Prezident İlham Əliyev bu mənada da xoşbəxt dövlət başçısıdır ki, 60 yaşını ərazi bütövlüyü təmin olunmuş ölkənin, qalib xalqın Prezidenti kimi qeyd edir.

  

 

Qarabağ Zəfəri həm də türk dövlətlərinin ümumi qələbəsi kimi dəyərləndirilir və Prezidentimizin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması bunun əyani təsdiqidir.

   

Bu gün hərtərəfli inkişaf edən, dünyada öz sözü və çəkisi olan qalib ölkə - Azərbaycan İlham Əliyevin əsəridir. Son 18 ildə regionda həyata keçirilən bütün qlobal layihələrdə Azərbaycanın, müdrik Prezidentimizin imzası var. Türkiyə və Azərbaycanı, Mərkəzi Asiya və Çini birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini, yeddi ölkəni əhatə edən, dəyəri 40 milyard dollar olan Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək kifayətdir. Bu layihə çərçivəsində Azərbaycan qazının Avropaya çatdırılması müasir neft-qaz epopeyamızın ən parlaq fəslidir.

Müasir Azərbaycan adlı əsərin digər parlaq fəsillərini dünyada böyük maraq doğuran inkişaf modelləri, intellektual brendlər təşkil edir. Son vaxtlar bu sıraya müharibənin Azərbaycan modeli də əlavə olunub. XXI əsrin müharibəsini apararaq çətin relyefə malik böyük ərazini 44 gündə azad edən Azərbaycanın hərb təcrübəsi dünyanın inkişaf etmiş ölkələrində öyrənilir.

X X X

Təbii ki, hər bir uğur yolu başlanğıcını ailə ocağından götürür. Prezident İlham Əliyev dahi şəxsiyyət və tələbkar ata olan Heydər Əliyevin, görkəmli alim və həssas ana olan Zərifə Əliyevanın tərbiyəsini görüb, Ulu Öndərin məktəbini keçib.

Tale ona Mehriban xanım kimi əsil-nəcabətli, mənən zəngin, xeyirxah və dəyanətli ömür-gün yoldaşı nəsib edib.

Prezident İlham Əliyev müsahibələrinin birində deyir: “Mən o insanlardanam ki, işə sevinə-sevinə gedir və işdən evə sevinə-sevinə qayıdıram”. Deyir ki, asudə vaxtını ailəsi ilə keçirir, həyat üçün enerjini məhz ailəsində alır.

Mehriban xanım Əliyeva Prezidentin ən yaxın silahdaşıdır. Birinci xanım kimi üzərinə düşən missiyanın məsuliyyətini dərindən dərk edərək, ölkə üçün taleyüklü məsələlərin həllində dövlətimizin başçısına çox böyük dəstək verir. Onların azad edilmiş ərazilərə birgə səfərləri buna ən yeni nümunədir.

  

 

X X X

Zəmanəmizdə öz xalqı tərəfindən İlham Əliyev qədər sevilən dövlət başçıları çox azdır. Yüksək intellekti, dərin ensiklopedik bilikləri, diplomatiya sahəsində məharəti, dəmir məntiqi, sözübütövlüyü ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Vətən müharibəsindəki tarixi Zəfər bu məziyyətlərə böyük sərkərdəlik qabiliyyətini də əlavə etdi. Azərbaycan xalqı indi öz Prezidentini tam haqlı olaraq Müzəffər Ali Baş Komandan adlandırır. Bu gün 60 illik yubileyi xalqımız tərəfindən sevinc və qürurla qeyd edilən Prezidentimizin uğur yolu AZƏRTAC tərəfindən anbaan, günbəgün salnamələşdirilib.

 

 

Xalqımız və hər bir qədirbilən azərbaycanlı zəmanəmizin ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan Prezidenti ilə qürur duyur. On səkkiz il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır.

 

Prezident İlham Əliyev. Siyasət olimpinə və Qarabağ Zəfərinə gedən uğur yolu  FOTOKOMPOZİSİYA VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər