Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanı dünyada həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tanıtdı

Prezident İlham Əliyevin təşəbbüsü Azərbaycanı dünyada həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tanıtdı

Bakı, 30 iyun, AZƏRTAC

Dünyanın başı üzərini almış koronavirus təhlükəsi bəşəriyyəti ciddi sınaq qarşısında qoyub. Bəzi dövlətlər bu sınaqdan çıxmağı bacarır, bəziləri isə çoxsaylı çətinliklərlə, insan itkiləri ilə üz-üzədir. Azərbaycan daha az itki verməklə pandemiya ilə mübarizəni düşünülmüş şəkildə davam etdirir. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları var. Ölkəmizin bu istiqamətdə apardığı mübarizə diqqətəlayiqdir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də təsdiqləyir. Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə bütün sahələrdə uğurlar qazanıldı. Həmin islahatlar koronavirus təhlükəsinə qarşı mübarizədə də mühüm rol oynadı.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov deyib.

K.Seyidov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə iki nüfuzlu qurumun - Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşlərinin keçirilməsi ölkəmizin pandemiya ilə mübarizədə həmrəyliyə çağırışı kimi dəyərləndirilir. Dövlətimizi başçısı Zirvə görüşlərində bir daha bəyan etdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə koronavirusa qalib gələ bilərik.

Partiya sədri deyib: “Xatırladım ki, dövlət başçısı sammitdə qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq, BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Prezident İlham Əliyevin bu təklifindən sonra BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande çıxış edərək demişdi ki, heç bir ölkə qarşıya çıxan bu çətinliyi, bu maneəni təkbaşına aradan qaldıra bilməz. Biz BMT olaraq çox böyük məmnunluqla bu kimi təşəbbüsləri dəstəkləyirik və istəyirik ki, COVID-19 virusunun yayılmasının qarşısını alaq. Biz istərdik ki, həmçinin bütün dövlətlər, millətlər arasında olan bərabərsizlik aradan qaldırılsın.

BMT-nin Baş katibi Antonio Quterreş bu təşəbbüsə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmişdi. Baş katib müraciətdə bildirmişdi ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Dövlətimizin başçısının bu təşəbbüsü artıq dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni, iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin dünya birliyində nüfuzunun artmasının göstəricisidir. Qürurverici haldır ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır”.

K.Seyidov vurğulayıb ki, ölkəmiz pandemiyanın tüğyan etdiyi ilk gündən bu təhlükəyə qarşı ciddi mübarizə aparır. Hətta 30-a qədər ölkəyə humanitar yardım da göstərib. Prezident İlham Əliyevin 130 ölkə tərəfindən dəstəklənən təşəbbüsü Azərbaycanı dünyada həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tanıtdı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı təhdid edir

Bayden və Netanyahu Qəzzada atəşkəs perspektivlərini müzakirə ediblər

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Çadda Fransa erası bitir

Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

Neftçalada ölümlə nəticələnən qəza olub

Bundesliqa: “Leyptsiq” ev oyununda, “Ştutqart” səfərdə qələbə qazanıb

Türkiyə Superliqası: “Qalatasaray” qələbə seriyasını davam etdirib

İngiltərə Federasiya Kuboku: “Mançester Yunayted” “Arsenal”ı məğlub edərək növbəti mərhələyə yüksəlib

Los-Ancelesdə daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib

Bakı Ali Neft Məktəbinin tələbəsi Polşada Azərbaycanla bağlı təqdimat edib

İspaniya La Liqası: "Atletiko" liderliyə yüksəlib

Quba-Xaçmaz yolunda baş verən qəzada bir nəfər ölüb

İtaliya A Seriyası: "İnter" səfərdən qələbə ilə qayıdır

“Uşağın sehrli dünyası” adlı Yeni il şousu keçirilib

İngiltərə Federasiya Kuboku: "Tottenhem" növbəti mərhələyə yüksəlib

Qazaxda gənc qadın dərmandan zəhərlənərək ölüb

Türkiyə mediası: Fransa Afrikada həm hərbi, həm də siyasi çəkisini itirir

Superliqa: "Trabzonspor" darmadağınla üç xala sevinib

Peter Siyarto: ABŞ-ın Rusiyaya qarşı son sanksiyaları yanacağın bahalaşmasına səbəb olur

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana təşəkkür edib

Qarayazı Dövlət Təbiət Qoruğundan - REPORTAJ VİDEO

İsveçin milli təhlükəsizlik müşavirinin unutduğu məxfi sənədləri xadimə tapıb

Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib

Jurnalistlər Yubiley İli üçün Vatikana toplaşacaqlar

Azərbaycan Basketbol Liqasında ikinci dövrəyə yekun vurulub

Azərbaycana qarşı haqsız addım atanlar məsuliyyətdən yayına bilməyəcəklər ŞƏRH

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

Azərbaycan klubu yeni basketbolçu transfer edib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur

Pakistanda yol qəzasında 12 nəfər ölüb, 25 yaralı var: Ölənlərin sayının artması gözlənilir

Yanvarın 13-də hava əsasən yağmursuz keçəcək

Ağacın aşması nəticəsində bağlanan Zəngilan-Mincivan magistral yolu FHN-in müdaxiləsi ilə açılıb VİDEO

Türkiyə eksperti: Hrant Dink Fondu regiondakı reallıqları təhrif etməyə çalışır

Çexiyada restoranda baş vermiş partlayış nəticəsində altı nəfər ölüb

NASA Yerin maqnit sahəsini müfəssəl öyrənəcək

Türkiyə enerji daşıyıcıları idxalını minimuma endirməyi hədəfləyir

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitə və həblər aşkarlanıb

Faktiki hava: Naxçıvanda və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

İspaniya Superkuboku: Bu gün “Real Madrid” – “Barselona” oyunu keçiriləcək

Los-Ancelesdə meşə yanğınları nəticəsində ölənlərin sayı 16-ya çatıb

Yəməndə qaz anbarında partlayış olub, 8 nəfər ölüb

Yer ilk dəfə 1,5 °C iqlim həddini pozdu: Təhlükəsiz zonanın sonudurmu?

Az tədqiq edilmiş bakteriyaların mikrobiologiyanın gələcəyindəki rolu - TƏDQİQAT

Fransada tramvaylar toqquşub, 50 nəfər xəsarət alıb

BƏƏ Əbu-Dabi Dayanıqlılıq Həftəsi Sammitinə hazırlaşır

Azərbaycan Bağdadda Asiya Parlament Assambleyası komitəsinin iclasında təmsil olunur

Hacıqabulda yol qəzasında ölən şəxsin kimliyi bilinib - YENİLƏNİB

Gəncədə mebel sexi yanıb

Bundesliqa: “Bavariya” səfərdə “Borussiya Münxenqladbax”a minimal hesabla qalib gəlib

Los-Ancelesdə meşə yanğınları zamanı 13 nəfər itkin düşüb, 11 nəfər ölüb

Superliqa: “Beşiktaş” doğma meydanda üç xala sevinib

Pakistanda yol qəzası olub, 12 nəfər ölüb

İngiltərə Federasiya Kuboku: “Çelsi” növbəti raunda vəsiqə qazanıb

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazanıb

Sudan ordusu əl-Cəzirə əyalətinin paytaxtını azad edib

Ermənistan ona silah verən Fransa və digər ölkələrlə kontraktları ləğv etməlidir - ŞƏRH

Alis Vaydel AfD-nin Kansler vəzifəsinə namizədi seçilib

“Axios”: Danimarka Trampın komandasına Qrenlandiya ilə bağlı mesajlar göndərib

Dünya İqtisadi Forumu: 92 milyon insan peşəsi üzrə işsiz qalacaq

Nazir: Gürcüstana qarşı münasibətdə ikili standartlarla üzləşirik

İngiltərə Federasiya Kuboku: "Liverpul" növbəti mərhələyə yüksəlib

Sabirabadda avtomobil su kanalına aşıb, xəsarət alanlar var

İstanbulda Azərbaycan caz musiqisi səsləndirilib VİDEO

Azərbaycan sumo üzrə dünya çempionatına ev sahibliyi edəcək

Böyük Britaniyanın maliyyə naziri Çinə səfər edib

AZƏRTAC-ın minifutbol komandası Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirdə növbəti oyununu keçirib VİDEO

SANA: Suriya təhlükəsizlik qüvvələri İŞİD-in Dəməşqdə məscidə hücumunun qarşısını alıb

Əlahiddə Ümumqoşun Ordunun tabeliyindəki hərbi hissələrdə vakant sürücü vəzifələrinə qəbul elan edilir

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO

Latviya ilə vergi sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Maka Boçorişvili: Regionda sülh və sabitlik Gürcüstan üçün çox vacibdir

Naxçıvan şəhərində aşkar edilən hərbi sursatlar ərazidən kənarlaşdırılıb

Bu il Azərbaycanda iki yeni milli park yaradılacaq: ərazilər məlum olub – EKSKLÜZİV

Türkiyə Prezidenti Azərbaycana səfir təyinatını təsdiqləyib

Musiqi müəllimləri attestasiya ilə bağlı növbəti dəfə məlumatlandırılıb

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunub

Naxçıvanda məktəblilər arasında II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib

"Şamaxı" klubu Zahid Mərdanovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib

“Barselona” futbolçusunu 70 milyon avrodan aşağı məbləğə satmayacaq

Görkəmli tarzən Əkrəm Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Ş.S.Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Qayıdış: Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır

Deputat: Azərbaycan artıq qlobal siyasətin formalaşmasında iştirak edir- RƏY

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı: Azərbaycan yaşıl enerji və Dayanıqlı İnkişaf Məqsədləri sahəsində irəliləyir - MÜSAHİBƏ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Siyəzəndə oğurluqda şübhəli bilinən 4 nəfər saxlanılıb

"Yuventus" fransalı futbolçu ilə razılığa gəlib

MSK sədri: Bələdiyyə seçkilərində seçicilər geniş seçim imkanına malik olacaqlar

Gənc rəssam: Qobelenə bənzəyən, lakin heykəl tipli bu fərqli texnika tamaşaçıların marağına səbəb oldu

AMEA-nın Qafqazşünaslıq İnstitutu yeni nəşrlərini təqdim edib

Lionel Messi Avropaya qayıda bilər

Məzahir Pənahov: Bələdiyyə seçkilərində 66 mindən çox yerli müşahidəçi akkreditasiyadan keçib

MSK sədri: Bələdiyyə seçkilərində 16 min 128 namizəd mübarizə aparır VİDEO

“Sumqayıt” yeni basketbolçu transfer edib

Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb

Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb