Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq

Prezidentə yazırlar: Cənab Ali Baş Komandan, Sizin ətrafınızda sıx birləşib ərazi bütövlüyümüz uğrunda canımızdan keçməyə hər an hazırıq

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları bu nailiyyətlərə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Bakı şəhərinin sakini Babək Babaşov yazır: “Cənab Ali Baş Komandan, illərdir gözlədiyimiz və tərəfinizdən verilən bu cəsur qərar üçün Sizə minnətdarlığımı bildirirəm. Hər bir vətənpərvər vətəndaşımız kimi, mən də torpaqlarımızın, dədə-baba yurdumuzun mənfur düşməndən azad olunacağı günləri səbirsizliklə gözləyirdik. Əmin ola bilərsiniz ki, bu şərəfli yolda hamımız Sizin əmrinizdəyik. Torpaqlarımızı tam şəkildə azad edəcəyimiz gün üçün hazırıq. Siz öz üzərinizə düşəni etdiniz, indi növbə bizimdir. Tanrı Sizə xalqımızın və ölkəmizin firavanlığı, Qarabağımızın azad edilməsi uğrunda fəaliyyətinizdə yardımçı olsun. Sizin timsalınızda bütün xalqımızı təbrik edirəm. Qarabağ Azərbaycandır!”.

Azərbaycan Ordusunun əldə etdiyi nailiyyətlər qardaş Türkiyədə də böyük sevinclə qarşılanır. Türkiyənin Konya şəhərindən Ömər Ulusoy dövlətimizin başçısına yazır: “Hörmətli cənab Prezident, Sizi və xalqınızı salamlayaraq ölkənizin təcavüzə uğradığı bu günlərdə yanınızda olduğumu, düşmənə layiqli cavab verərək qələbə çalacağınıza əmin olduğumu bildirmək istəyirəm. Biz iki dövlət, bir millətik. Buna görə də ölkənizə gəlib qanımın son damlasına qədər vuruşmağa, qardaşlarıma dəstək verməyə hazıram. Qələbə sevincini bir yerdə yaşamaq arzusu ilə əmrinizi gözlədiyimi bildirirəm”.

Türkiyənin Bursa şəhərindən Dəmirəl Hüseyin yazır: “Hörmətli cənab Prezident, Vətənin müdafiəsi və düşmənə cavab zərbəsi endirilməsi üçün verdiyiniz cəsur qərarla əlaqədar Sizi təbrik edirəm. Bir türk vətəndaşı olaraq qardaş Azərbaycanın bu çətin günündə ya ön cəbhədə, ya da arxa cəbhədə kömək etmək üçün Sizin əmrinizdəyəm. Biz türk olaraq birlikdə güclüyük və bunu ermənilərə sübut edəcəyik”.

İsmayıllı rayonundan Qədir Məmmədovun məktubunda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Sizin uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində bu günlər cəbhədən şad xəbərlər alırıq. Bu xəbərlər Sizin xalqımıza verdiyiniz vədlərə sadiqliyinizin bariz nümunəsidir. Azərbaycan xalqı, Azərbaycan gəncliyi Sizə, öz dövlətinə, öz ordusuna güvənir. Mən də bir Azərbaycan gənci olaraq hər an əlimdə silah ön xətdə vuruşaraq Vətəni azad etməyə hazıram”.

İmişli rayonundan Novruz Hüseynov: “Möhtərəm cənab Prezident, Azərbaycan Ordusunun qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizi tam əmin etmək istəyirəm ki, biz gənclər apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirik, Sizin və Azərbaycan dövlətinin əsgərləri olaraq hər an əmrinizdəyik. Ulu Tanrı Sizi və ailənizi qorusun!”.

Füzuli rayonundan Sahilə Qurbanova: “Hörmətli cənab Prezident, mən Qurbanova Sahilə Fuad qızı Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Uzun müddətdən sonra Füzuli rayonunun sakini olaraq sevinc və qürur hissləri keçirirəm. Bunu Siz Ali Baş Komandamıza və güclü Ordumuza borcluyuq. Dağlıq Qarabağda üçrəngli bayrağımızın dalğalanmasını, himnimizin bütün işğal olunmuş rayonlarda səslənməsini bir Azərbaycan vətəndaşı olaraq ürəkdən istəyirəm. Hər an ölkəmizin yanındayıq. Biz birlikdə güclüyük!”.

Türkiyənin Düzce şəhərindən Özkan Abdussamed yazır: “Hörmətli cənab Prezident, işğalçı ermənilərə qarşı müharibədə azərbaycanlı qardaşlarıma yardımçı olmaq istəyirəm. Əgər ordunuza əsgər lazım olarsa, məni çağırın, həmin anda gələrəm. Şükür Allaha əlim silah tutur, canımda təpər, ürəyimdə Azərbaycana sevgi var. Erməni cəlladlarına qarşı vuruşmaq və qisas almaq mənə nəsib olarsa, özümü çox xoşbəxt hesab edərəm. Yaşasın böyük türk birliyi!”.

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən Tural Quliyev: “Hörmətli cənab Prezident, mən Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini olaraq doğulduğum ildən Vətən həsrəti ilə yaşayıram. Bu gün mənim doğum günümdə mənə və ailəmə doğulduğum Böyük Mərcanlı kəndini hədiyyə etdiyiniz üçün sevincimizin həddi hüdudu yoxdur. Nəhayət ki, Sizin və ordumuzun şücaətiniz sayəsində bütün Azərbaycanın neçə illərdir ki, həsrətlə gözlədiyi gün gəlib çatmışdır. Yağı düşmən layiqli cəzasını Sizin əmrinizlə almışdır. Mənim doğum günümdə belə şərəfli, ləyaqətli və tarixə düşmüş hədiyyəni bizim ailəyə bəxş etdiyiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İnşallah, sayənizdə yaxın günlərdə Azərbaycan öz tarixi torpaqlarına tamamilə qovuşacaqdır. Hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkürümü bildirirəm. Yaşasın Azərbaycan xalqı, yaşasın cənab Ali Baş Komandanımız, yaşasın Azərbaycan Ordusu!”.

Lerik rayonundan Cahani Nüsrətzadə: “Cənab Ali Baş Komandan, son günlər cəbhədəki erməni təxribatına verilmiş layiqli cavablar bizləri bir daha ruhlandırdı. Sizin uzaqgörən və müdrik qərarlarınızı dəstəkləyirik. Biz Sizin ətrafınızda həmişə olduğu kimi, yenə sıx birləşib mənfur düşmənlərimizə layiq olduğu yeri göstərməyə hər an hazırıq. Düzgün və uğurlu siyasətiniz xalqımızı xoşbəxt gələcəyə aparır. Cənab Ali Baş Komandan, mən bir gənc olaraq doğma Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün hər an ön cəbhəyə getməyə hazıram. Bunun üçün Sizin əmrinizi gözləyirəm. Hər birimiz əsgərik və Vətən uğrunda döyüşə hər an hazırıq”.

Lerikin daha bir sakini Əlizamin Rzayevin məktubunda deyilir: “Möhtərəm cənab Prezident, Lerik rayonunda yaşayan bir gənc olaraq bildirmək istəyirəm ki, rayonumuzun bütün gəncləri hər zaman Sizin siyasətinizi dəstəkləyir və bir yumruq kimi ətrafınızda sıx birləşib. Sizin rəhbərliyinizlə ölkəmiz bütün sahələrdə mənfur qonşularımızı üstələyir, regionun ən güclü dövlətinə çevrilib. Cəbhə xəttində erməni təxribatlarının qarşısının ordumuz tərəfindən uğurla alınması, düşmənə sarsıdıcı zərbələr endirilməsi bunu bir daha sübut edir. Bütün bunlar bizi ruhlandırır. Hər zaman Sizin, şanlı ordumuzun yanındayıq, cənab Ali Baş Komandan. İşğal altında olan torpaqlarımızın geri qaytarılması üçün əmrinizi gözləyirik, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canımızdan və qanımızdan keçməyə hər an hazırıq”.

Gəncə şəhərindən Xaliq Qurbanov yazır: “Möhtərəm cənab Prezident, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığınız siyasətə və ordumuzun gücünün artırılması ilə bağlı görülən işlərə görə bir vətəndaş olaraq razılığımı bildirmək istəyirəm. Hazırda regionun ən qüdrətli ölkəsi olan Azərbaycan Respublikasını dünya ictimaiyyəti indi daha yaxşı tanıyır. Son müsahibələrinizdə erməni tərəfinin sərsəm açıqlamalarına qarşı verdiyiniz tutarlı cavablar və erməni silahlı qüvvələrinə vurulan sarsıdıcı zərbələr xalq arasında bu münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağına dair fikirləri daha da əminləşdirir. Allah Azərbaycanımıza yar olsun! Sizin apardığınız siyasətin dövlətimizin işıqlı gələcəyini təmin edəcəyinə hər bir azərbaycanlı kimi, mən də tam əminəm. Allah xalqımız və dövlətimiz uğrunda sevə-sevə, yorulmadan çalışan, respublikamızı qorumağa çalışan hər birimizin yardımçısı olsun. Allahın amanında olasınız, cənab Prezident!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib