PROBLEMLƏR BİRLİKDƏ HƏLL OLUNUR
Murmansk, 3 mart (AZƏRTAC). Ümumrusiya Azərbaycan Konqresi Murmansk bölməsinin həyata keçirdiyi müsbət aksiyalar vilayət hökuməti yanında Millətlərarası İşlər üzrə Məşvərət Şurasının iclasında xüsusi vurğulanmışdır. İclasda yerli daxili işlər bölməsinin millətlərarası və konfessiyalararası münaqişələrin profilaktikası sahəsində fəaliyyəti, diasporlararası əlaqələr, miqrasiya ilə bağlı vəziyyət, immiqrasiya qeydiyyatı qaydaları, Rusiya ərazisində əcnəbi vətəndaşların olması və yaşaması , onların əmək fəaliyyəti ilə məşğul olmaları məsələləri müzakirə edilmişdir. İclasda Şuranın və vilayət diasporlarının 2009-cu il üçün birgə fəaliyyət planı da təsdiq edilmişdir.
Vilayət hökumətinin idarə rəisi Svetlana Parşkova jurnalist Əlihüseyn Şükürova demişdir: “Ümumrusiya Azərbaycan Konqresi ilə demək olar, heç bir problemimiz yoxdur. Ortaya çıxan problemləri yerindəcə birlikdə həll edirik. Biz qanuni şəkildə işə düzəlmək üçün bütün zəruri sənədləri vaxtında rəsmiləşdirməyə çalışan azərbaycanlı miqrantları digər diasporlara nümunə göstəririk. İqtisadi böhran şəraitində ÜAK-ın öz həmvətənlərini dəstəkləmək üzrə fəaliyyəti daha da genişlənmişdir. Bundan sonra da bir-birimizlə qarşılıqlı əlaqədar işləyəcəyimizə ümid bəsləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]