SİYASƏT
Professor: Bakı Forumu yeni ideyaları bölüşmək üçün daha böyük platformaya çevrilir
Bakı, 9 mart, AZƏRTAC
Qlobal Bakı Forumu hazırda parçalanmış dünyanın gələcəyi ilə bağlı məsələlərin müzakirə baxımından vacib tədbirdir. Forumda bir çox problemin həlli istiqamətində müzakirələr aparılacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri professor Eden Mamut deyib.
Qlobal Bakı Forumunda üç dəfə iştirak etdiyini bildirən professor qeyd edib: “Forum yeni ideyaları bölüşmək üçün daha böyük platformaya çevrilir. Beynəlxalq məsələlərin həlli istiqamətində Azərbaycan dövlətinin göstərdiyi bu qayğı əvəzolunmazdır. Prezident İlham Əliyevin iştirakı Forumun əhəmiyyətinin göstəricisidir. Burada son dövrlərin ən aktual mövzuları müzakirə edilir. Bu cür platformaların yaradılması çox vacibdir”, - deyə o bildirib.