CƏMİYYƏT
#prokurorluqdanizah: Növbəti videoçarxda “Prokurorluq orqanlarına qəbul hansı formada həyata keçirilir?” sualı cavablandırılıb
Bakı, 31 mart, AZƏRTAC
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.
Bu həştəq altında təqdim olunan növbəti videoçarx vasitəsilə Baş Prokurorluğun kadrlar idarəsinin prokuroru Zaur Əliyev son zamanlar aktuallığı ilə seçilən “Prokurorluq orqanlarına qəbul hansı formada həyata keçirilir?” sualını cavablandırıb.
Videoizahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.