DÜNYA
Qaçqınların rekord sayı haqqında bədbin proqnozlar
Berlin, 26 iyun, AZƏRTAC
2019-cu ildə üçüncü ölkələrə köçmək istəyən qaçqınların sayı 1,4 milyon nəfərə çatacaq. AZƏRTAC xəbər verir ki, bu məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.
Təşkilatın statistik rəqəmlərinə görə, söhbət 36 ölkədən olan qaçqınlardan gedir. Üçüncü ildir ki, onların əksəriyyətini ümumi sayı 600 min nəfər olan Suriya qaçqınları təşkil edir. Bu kateqoriyadan olan insanların sayında artım indiki göstəricilərlə müqayisədə 26 faiz olacaq.
Həmçinin, köçkünlərin böyük hissəsi Afrika, ilk növbədə, Konqo Demokratik Respublikası sakinlərindən (163 min nəfər) ibarət olacaq. Avropa ölkələrində sığınacaq yerləri dəyişdiriləcək miqrantlar isə 40 faiz artacaq və 2019-cu ildə onların sayı 420 min nəfərə çatacaq.
Bundan əvvəl "Welt am Sonntag" həftəlik nəşri Almaniya Federativ Respublikası Daxili İşlər Nazirliyinə istinadla xəbər verib ki, Avropa İttifaqı ərazisində olan miqrantların əksəriyyəti Almaniyaya getmək istəyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
- 30.04.2024 [14:55]