CƏMİYYƏT
Qadınları cinsi istismara məruz qoyan şəxs 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib
Bakı, 4 mart, AZƏRTAC
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı olan qadınları Türkiyədə yüksək məvacibli işə düzəldəcəyi adı ilə aldadaraq Antalyaya aparıb cinsi istismara məruz qoymaqda şübhəli bilinən şəxs - Sumqayıtda yaşayan Ülviyyə Həsənova tutulub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, faktla bağlı başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb və materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, Ü.Həsənova Cinayət Məcəlləsinin 144-1.2.1-ci, 144-1.2.2-ci və 144-1.2.4-1-ci və 144-3.4-cü maddələri ilə (İnsan alveri) təqsirli bilinərək, 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.