DÜNYA
Qahirə Qətərdə işləyən Misir vətəndaşlarını oradan çıxarmağa hazırdır
Qahirə, 5 iyun, AZƏRTAC
Qətərdə təqribən 300 min misirli işləyir və lazım gəlsə, Qahirə onların hamısını bu ölkədən çıxarmağa hazırdır. Bunu Misirin miqrasiya və xarici ölkələrdə yaşayan misirlilərin işləri üzrə naziri Nabilə Məkrəm Əbdül Şahid bəyan edib.
O bildirib ki, rəsmi məlumatlara görə, Qətərdə 70 min Misir vətəndaşı qeydə alınıb, ancaq əslində onların sayı xeyli çoxdur. Nazir deyib: “Hesab edirik ki, Qətərdə təqribən 300 min misirli işləyir. Biz icma nümayəndələri ilə əlaqə saxlayırıq. Hələlik Qətərin hakimiyyət orqanlarından iş müqavilələrinin pozulması barədə heç bir bildiriş yoxdur. Amma lazım gəlsə, biz misirlilərin oradan çıxarılması və vətəndə işlə təmin olunması üçün mümkün olan hər şeyi etməyə hazırıq”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]