Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qan yaddaşı

Qan yaddaşı

Bakı, 18 yanvar, AZƏRTAC

Sovet İttifaqının dağılmasından 30 ildən artıq vaxt keçsə də, postsovet məkanında imperiya xiffətini çəkənlərin, bəzən isə arzularında daha uzağa gedənlərin olduğunu görürük. Kənardan gələn bu cür səslərin cəmiyyətimizdə xüsusi qıcıq və narahatlıqla qarşılanması səbəbsiz deyil. Çünki imperiya siyasətindən, imperiya zülmündən ən çox əziyyət çəkən, haqsızlığa məruz qalanlardan biri də məhz Azərbaycan xalqı olub. Çox keçmişə getmədən, müasir tariximizdə xalqımıza yaşadılan faciələr də kifayət edir ki, cəmiyyətimiz elementar imperiya sözündən diksinərək qıcıqlansın və olub-keçənləri qan yaddaşında əbədi yaşatmaq yolunu seçsin.

Sovetlərə görə xiffət edənlər və imperiya ambisiyası ilə yaşayanlar bilməlidir ki, xalqımız 1990-cı ilin Qanlı 20 Yanvarını unutmayıb və heç zaman da unutmayacaq. Postsovet məkanındakı ölkələrin müstəqil varlığını həzm edə bilməyənlər nəhayət anlamalıdırlar ki, Azərbaycan xalqı 366-cı alayın iştirak etdiyi Xocalı soyqırımını unutmayıb. 1980-lərin sonlarında Qarabağda baş qaldıran erməni separatizminin arxasında məhz imperiya rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun və onun erməni əsilli, ermənipərəst yaxın ətrafının dayandığı da xalqımıza məlumdur. Əgər kandarımızda olanlardan kimsə düşünürsə ki, bütün bu faciələri Azərbaycana və bizimlə eyni aqibəti yaşamış digər xalqlara nə zamansa unutdura bilərlər, yanılırlar, boş illüziyaya qapılırlar. Belələri unutmasınlar ki, xalqların qan yaddaşının ömrü əbədi olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Deputat qeyd edib ki, 1990-cı ilin 20 Yanvarında sovet qoşunları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilən günahsız, əliyalın 147 şəhidimizin ruhu və xalqımız bu qanlı cinayəti törədənləri heç vaxt bağışlamaz. Onu da bağışlamayacaq ki, uşaq, qadın, ahıl bilmədən törədilən qətliama Stavropoldan, Rostovdan, Krasnodardan olan etnik erməni zabit və əsgərləri məqsədli şəkildə cəlb edilmişdilər. Ümumxalq yaddaşımıza o da əbədi həkk olunub ki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın tələbləri kobud surətdə pozularaq, 66 minlik sovet silahlısı fövqəladə vəziyyət barədə əvvəlcədən xəbərdarlıq edilmədən Bakı küçələrinə yeridilmişdi. Lakin tarix sübut etdi ki, qanunların tapdalanması və zor gücünə xalqımıza faciələr yaşadılsa da, azadlıq və müstəqillik mübarizəsindən onu döndərmək mümkün deyil.

Xalqımız bütün bunları unutmadığı kimi, onu da unutmur ki, sovet imperiyasının repressiv mahiyyətinə və Mixail Qorbaçovun qisasçı xislətinə, özünün və ailə üzvlərinin həyatına yaranan təhlükəyə baxmayaraq, ulu öndər Heydər Əliyev faciənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, İttifaq rəhbərliyinin siyasi qərarına açıq şəkildə etirazını bildirdi və bu qanlı cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb etdi. Sovetlərin informasiya blokadası belə Heydər Əliyev miqyaslı dövlət xadiminin etiraz səsinin dünya ictimaiyyətinə çatmasına mane ola bilmədi. 20 Yanvar hadisələrinə ilk rəsmi siyasi-hüquqi qiymət verilməsinin təşəbbüskarı da Ulu Öndər oldu. Məhz onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də faciə ilə bağlı qərar qəbul etdi. Hadisələr vaxtı sovet Azərbaycanına rəhbərlik edən şəxslərin mövqeyi aydındır, amma nə qədər paradoksal olsa da, hətta milli azadlıq hərəkatı dalğasında rəhbərliyə gələn AXC-Müsavat hakimiyyəti də Qanlı 20 Yanvara dövlət səviyyəsində siyasi qiymət verilməsinin məsuliyyətini üzərinə götürmədi. Azərbaycanın müstəqil dövlətçilik tarixi, bu günümüz və gələcək nəsillər üçün müstəsna əhəmiyyət daşıyan bu addımı yenə də məhz Heydər Əliyev atdı. Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. O dövrün mürəkkəbliyinə, imperiyanın ozamankı siyasi-hüquqi varisinin və təəssübkeşlərinin təzyiq və təhdid imkanlarına baxmayaraq, Qanlı 20 Yanvarın başvermə səbəbləri obyektiv şəkildə araşdırıldı, faciədə günahı olanlar ifşa olundu. Ulu Öndərin imzaladığı Prezident Fərmanı ilə 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Bütün bu təşəbbüslərin, qəbul olunan tarixi qərarların və siyasi iradə bütövlüyünün təməlində Heydər Əliyevin əsl vətəndaş mövqeyi, böyük dövlət xadimi məfkurəsi dayanırdı. Ümummilli Liderimiz deyirdi: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

Bu cür hadisələr o vaxt unudulmur və layiq olduğu ictimai münasibəti o zaman qazanır ki, tarix məhz dövlət səviyyəsində qorunur, ictimai dəyərləndirmənin arxasında da məhz dövlətin və onu təmsil edən hakimiyyətin özü dayanır. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi təqaüdün təsis edilməsi ilə bağlı 2006-cı il 19 yanvar tarixli Fərmanı ümumxalq yaddaşının dövlət səviyyəsində rəsmən mühafizə edildiyinin, cəmiyyətimizdə mövcud olan rəy birliyinin dövlət səviyyəsində qorunduğunun ifadəsidir. Ali qonaqların ölkəmizə rəsmi səfər protokolunda Şəhidlər xiyabanına ziyarətin nəzərdə tutulması və bunun artıq ənənəyə çevrilməsi də elə həmin dövlət ərkanından irəli gəlir. Şəhidlər xiyabanını ziyarət edən hər kəs qəlbən hiss edir ki, xiyaban təkcə şəhidlərin uyuduğu müqəddəs məkan deyil, həm də şərəfli tariximizə ümumxalq və dövlət ehtiramını ehtiva edən qan yaddaşı abidəsidir. Bu müqəddəs məkanda olan ali və qeyri-rəsmi qonaqlar da azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan, bu yolda qurbanlar verən Azərbaycan xalqının böyüklüyünü, onun əyilməz ruhunu və müstəqillik seçiminin əbədi olduğunu həmən duyurlar. Elə özümüz də!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib