İDMAN
Qana-Almaniya oyunu almanların qələbəsi ilə başa çatmışdır
Bakı, 23 sentyabr (AZƏRTAC). Sentyabrın 23-də Bakıdakı “Dalğa Arena”da “FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan- 2012” çərçivəsində D qrupunda Qana-Almaniya oyunu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, oyunu meksikalı baş hakim Alondra Arellano idarə etmişdir. Ona həmkarları Shirley Perello və Mady Santos kömək etmişlər.
Qana komandasının heyətində Victoria Agyei, Naomi Anima, Jane Ayieyam, Rasheda Abdul-Rahman, Ellen Coleman, Sherifatu Sumaila, Vasila Divura-Soale, Vida Opoku, Priscilla Okyere, Regina Antvi, Fatima Alhassan iştirak etmişlər.
Almaniya yığmasının heyətində isə Merle Frohms, Lena Lueckel, Daria Streng, Vivien Beil,Theresa Panfil , Sara Daebritz, Franziska Jaser, Wibke Meister, Pauline Bremer, Johanna Tietge, Venus El-Kassem yer almışlar.
Matç Almaniya futbolçularının 2:1 hesablı qələbəsi ilə başa çatmışdır.
Almaniya yığmasının heyətində Vivien Beil və Pauline Bremer, Qana yığmasında isə Jane Ayieyam fərqlənmişlər.
Hər iki komanda növbəti oyununu sentyabrın 26-da Bakının Bayıl stadioununda keçirəcəkdir. Qana yığması Uruqvay, Almaniya yığması isə Çin komandaları ilə qarşılaşacaqdır.