Qana boyanan gecə
Bakı, 26 fevral, AZƏRTAC
Mən torpaqlarımızın müdafiəsi naminə qəsbkar ermənilərə qarşı döyüşlərdə iştirak etmişəm. Düşmənin qəddarlığını öz gözümlə görmüşəm. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi soyqırımı XX əsrin ən qanlı cinayətidir.
Bu sözləri xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn, Ağdamdan olan köçkün Əli Əsədov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Xocalıda günahsız insanlar - qocalar, qadınlar, uşaqlar, gənclər qətlə yetiriliblər. Lakin günahsız tökülən qanlar yerdə qalmayacaq. Bu gün Azərbaycan sürətlə inkişaf edir, çox güclü ordumuz var. Qələbəyə inanırıq.
Ə.Əsədov ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə azad ediləcəyinə əminliyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]